İki təhlükəli xəstəliklə bağlı YENİ TAPINTI
İngiltərəli elm adamları gen araşdırmaları nəticəsində Crohn və xoralı kolit kimi xəstəliklərin DNT-dən qaynaqlana biləcəyini üzə çıxarıblar.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Londondakı Francis Crick İnstitutunun və London Universitet Kollecinin tədqiqatçıları iltihablı bağırsaq xəstəliyi (İBD) olan insanlar üzərində təcrübələr aparıblar.
Gen araşdırmaları nəticəsində tədqiqatçılar iltihablı bağırsaq xəstəliyi olanların 95 faizinin DNT-sində "zəif nöqtə" aşkar ediblər.
Bu "zəif nöqtə" mikroorqanizmlərin öldürülməsindən məsul olan "makrofaqlar" adlı qan hüceyrələrinin iltihab yaradan kimyəvi maddələr ifraz etməsidir. Bu fəaliyyət insan orqanizmində zəruridir. Lakin daxili səthdəki təbəqədə iltihab nəticəsində yaranan Crohn və xoralı kolit kimi iltihablı bağırsaq xəstəliklərindən əziyyət çəkən insanların əksəriyyətində bu genin həddindən artıq aktiv olduğu müəyyən edilib.
Tədqiqatçılar qeyd ediblər ki, bu vəziyyəti yaxşılaşdıra biləcək texnologiyaya sahib dərmanlar hazırda mövcuddur, lakin insanlar üzərində sınaqlar hələ başlamayıb.
Qeyd edək ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi