"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edin

"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edinBağırsaqların "ikinci beyin" adlandırılması səbəbsiz deyil, bu orqanın mikroflorası vücudumuzun fəaliyyətinə - həzmdən zehni vəziyyətə qədər bir çox prosesə təsir edir. "Mikrobioma onda yaşayan trilyonlarla mikrobdan ibarətdir: bakteriya, mikroskopik göbələklər, digər mikroorqanizmlər və s".
Publika.az xəbər verir ki, "Be Good To Your Gut" sağlamlıq kitabının müəllifi və qidalanma mütəxəssisi İv Kalinikin sözlərinə görə, vərdişlərimiz və həyat tərzimiz çoxlarının düşündüyündən fərqli olaraq dərhal bağırsaqlara təsir göstərir.
Niderlandlı elm adamlarının son araşdırmaları da göstərib ki, bir çoxumuzun mütəmadi olaraq qəbul etdiyi bu dərmanlar bağırsaqların vəziyyətinə düşündüyümüzdən daha çox təsir edir.
Alimlər həm sağlam, həm də həzm sisteminin müxtəlif növ iltihablarından əziyyət çəkən 1883 nəfərin sağlamlıq vəziyyətini öyrənib. Nəticədə bir çox məşhur dərmanların bağırsaqdakı bakteriya balansını dəyişdirə biləcəyi ortaya çıxıb. Dünyadakı milyonlarla insanın müntəzəm olaraq qəbul etdiyi dərmanlar - yalnız antibiotiklər deyil, həm də bəzi antidepressantlar, laksatiflər, həzmsizliyi müalicə edən dərmanlar, oral steroidlər və metformin (2-ci tip şəkərin və polikistik yumurtalıq sindromunun müalicəsində istifadə olunan maddə).
Bəs bu dərmanlar bağırsaq sağlamlığına necə təsir edir?
Bu dərmanların qəbul edilməsi nəticəsində meydana çıxa biləcək iki problem var: bağırsaq infeksiyası və piylənmə.
"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edinAntibiotiklərin bağırsaq mikrobiomasına mənfi təsiri uzun müddətdir ki, məlumdur: pis bakteriyaları öldürməklə yanaşı, yaxşı bakteriyaları da məhv edir.
Kalinik isə digər dərmanların da faydalı mikrobları məhv edə biləcəyini iddia edir:
"Bir çox insanın əks təsirləri haqqında düşünmədən istifadə etdiyi oral kontraseptivlər və steroid olmayan iltihab əleyhinə ipubrofen kimi dərmanlar da bakteriyaların tərkibini dəyişdirə və mikrobiomanı parçalaya bilər. Günümüzdə tez-tez həblərdən sui-istifadə edirik və onların bağırsaqlarımıza necə təsir etdiyi haqqında düşünmürük. Ancaq xoşbəxtlikdən bədənin sağlamlığını gücləndirə və mikroflorasını yaxşı vəziyyətdə saxlaya bilərik".
İv Kalinik bağırsaq sağlamlığının qorunmasının beş sirrini sosial şəbəkədə paylaşıb.
"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edinProbiotiklər qəbul edin
Əgər sizə antibiotiklər kursu təyin olunarsa, probiotiklər mikrobiomanın bərpasına kömək edə bilər.
Daha çox lifli tərəvəzlər yeyin
Bağırsağınıza kömək etməyin ilk və ən asan yolu sağlam qidalanmaqdır. Bu vəziyyətdə lifli tərəvəzlər yemək xüsusilə vacibdir. Bu, mikrobiomanın sağlamlığını qorumağa kömək edir. Daha çox tərəvəz, meyvə, taxıl məhsulları, qoz-fındıq və günəbaxan toxumu yemək məsləhətdir.
Kifayət qədər yatın
Tədqiqatlar bağırsaq mikrobiomasının yuxu və zehni vəziyyətin tənzimlənməsinə kömək etdiyini göstərib, odur ki, yuxu nə qədər möhkəm olarsa, işləriniz bir o qədər balanslı olar. Yaxşı yuxu mikrobiomanın güclü qalmasına kömək edir, yuxusuzluq isə mikrobiomanın quruluşunu dəyişdirir. Kalinik, dəqiq yuxu cədvəli və komendant saatı qurmağı məsləhət görür.
Stress səviyyəsini idarə edin
Stressin bağırsaqlara əhəmiyyətli dərəcədə təsir göstərməsi heç kimə təəccüblü deyil: nə qədər çox stress varsa, həzm sistemində və digər xəstəliklərdə iltihablanma şansı daha yüksəkdir. Mütəmadi olaraq meditasiya ilə məşğul olmağı və nəfəs texnikalarını öyrənməyi təklif edirəm.
"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edinDaha çox hərəkət edin
Fiziki fəaliyyət yalnız əzələlərin yaxşı vəziyyətdə qalması üçün deyil, həm də bağırsaq mikrobiomasına təsir edən stress hormonlarının ifrazını azaltmaq üçün vacibdir. Elmi tədqiqatlar müntəzəm məşqlərin bağırsaqdakı bakteriya müxtəlifliyini artıra biləcəyini göstərib. Gündəlik hərəkət etməyi məsləhət görürəm, hətta yoqa və ya sadəcə gəzmək də faydalıdır.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2305   Tarix: 10 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

turlar.az

yemek reseptleri geyim necə seçməli hamilelikde qidalanma düzgün makiyaj qizil sozler kaktusa qulluq donlar 2026 kosmetika sağlamlığa aid atalar sözləri dolça xocali bedii edebiyyat dovsan