"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edin

"İkinci beyin"i necə işlədək? - Bu dərmanlardan imtina edinBağırsaqların "ikinci beyin" adlandırılması səbəbsiz deyil, bu orqanın mikroflorası vücudumuzun fəaliyyətinə - həzmdən zehni vəziyyətə qədər bir çox prosesə təsir edir. "Mikrobioma onda yaşayan trilyonlarla mikrobdan ibarətdir: bakteriya, mikroskopik göbələklər, digər mikroorqanizmlər və s".
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Be Good To Your Gut" sağlamlıq kitabının müəllifi və qidalanma mütəxəssisi İv Kalinikin sözlərinə görə, vərdişlərimiz və həyat tərzimiz çoxlarının düşündüyündən fərqli olaraq dərhal bağırsaqlara təsir göstərir.
Niderlandlı elm adamlarının son araşdırmaları da göstərib ki, bir çoxumuzun mütəmadi olaraq qəbul etdiyi bu dərmanlar bağırsaqların vəziyyətinə düşündüyümüzdən daha çox təsir edir.
Alimlər həm sağlam, həm də həzm sisteminin müxtəlif növ iltihablarından əziyyət çəkən 1883 nəfərin sağlamlıq vəziyyətini öyrənib. Nəticədə bir çox məşhur dərmanların bağırsaqdakı bakteriya balansını dəyişdirə biləcəyi ortaya çıxıb. Dünyadakı milyonlarla insanın müntəzəm olaraq qəbul etdiyi dərmanlar - yalnız antibiotiklər deyil, həm də bəzi antidepressantlar, laksatiflər, həzmsizliyi müalicə edən dərmanlar, oral steroidlər və metformin (2-ci tip şəkərin və polikistik yumurtalıq sindromunun müalicəsində istifadə olunan maddə).
Bəs bu dərmanlar bağırsaq sağlamlığına necə təsir edir?
Bu dərmanların qəbul edilməsi nəticəsində meydana çıxa biləcək iki problem var: bağırsaq infeksiyası və piylənmə.
Antibiotiklərin bağırsaq mikrobiomasına mənfi təsiri uzun müddətdir ki, məlumdur: pis bakteriyaları öldürməklə yanaşı, yaxşı bakteriyaları da məhv edir.
Kalinik isə digər dərmanların da faydalı mikrobları məhv edə biləcəyini iddia edir:
"Bir çox insanın əks təsirləri haqqında düşünmədən istifadə etdiyi oral kontraseptivlər və steroid olmayan iltihab əleyhinə ipubrofen kimi dərmanlar da bakteriyaların tərkibini dəyişdirə və mikrobiomanı parçalaya bilər. Günümüzdə tez-tez həblərdən sui-istifadə edirik və onların bağırsaqlarımıza necə təsir etdiyi haqqında düşünmürük. Ancaq xoşbəxtlikdən bədənin sağlamlığını gücləndirə və mikroflorasını yaxşı vəziyyətdə saxlaya bilərik".
İv Kalinik bağırsaq sağlamlığının qorunmasının beş sirrini sosial şəbəkədə paylaşıb.
Probiotiklər qəbul edin
Əgər sizə antibiotiklər kursu təyin olunarsa, probiotiklər mikrobiomanın bərpasına kömək edə bilər.
Daha çox lifli tərəvəzlər yeyin
Bağırsağınıza kömək etməyin ilk və ən asan yolu sağlam qidalanmaqdır. Bu vəziyyətdə lifli tərəvəzlər yemək xüsusilə vacibdir. Bu, mikrobiomanın sağlamlığını qorumağa kömək edir. Daha çox tərəvəz, meyvə, taxıl məhsulları, qoz-fındıq və günəbaxan toxumu yemək məsləhətdir.
Kifayət qədər yatın
Tədqiqatlar bağırsaq mikrobiomasının yuxu və zehni vəziyyətin tənzimlənməsinə kömək etdiyini göstərib, odur ki, yuxu nə qədər möhkəm olarsa, işləriniz bir o qədər balanslı olar. Yaxşı yuxu mikrobiomanın güclü qalmasına kömək edir, yuxusuzluq isə mikrobiomanın quruluşunu dəyişdirir. Kalinik, dəqiq yuxu cədvəli və komendant saatı qurmağı məsləhət görür.
Stress səviyyəsini idarə edin
Stressin bağırsaqlara əhəmiyyətli dərəcədə təsir göstərməsi heç kimə təəccüblü deyil: nə qədər çox stress varsa, həzm sistemində və digər xəstəliklərdə iltihablanma şansı daha yüksəkdir. Mütəmadi olaraq meditasiya ilə məşğul olmağı və nəfəs texnikalarını öyrənməyi təklif edirəm.
Daha çox hərəkət edin
Fiziki fəaliyyət yalnız əzələlərin yaxşı vəziyyətdə qalması üçün deyil, həm də bağırsaq mikrobiomasına təsir edən stress hormonlarının ifrazını azaltmaq üçün vacibdir. Elmi tədqiqatlar müntəzəm məşqlərin bağırsaqdakı bakteriya müxtəlifliyini artıra biləcəyini göstərib. Gündəlik hərəkət etməyi məsləhət görürəm, hətta yoqa və ya sadəcə gəzmək də faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1699   Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler maskalar xiyarın faydaları monika belluççi testlər seksual pozalar kosmetika xeyanet oğlaq xocali vətənə aid bayatı layla