İlkin Miskərli: "Həkimləri parodiya etmək başıma bəla olur"
"həkimləri parodiya etmək başıma bəla olur. Peşman oluram sözlərimdən hansısa həkimlərdən birinin dedikləri ilə üst-üstə düşəndə. Klinikaya gedəndə düşür üstümə ki, sözümü təkrarlayırsan. Deyirəm, sizi tanımıram. Bir həkim var, adı Uzman Qılmandır. O yazığın yanına mənim əlimdən gedən yoxdur".
Open.az xəbər verir ki, bu sözləri Qılman obrazı ilə tanınan aktyor İlkin Miskərli deyib. "Fatehin divanı" proqramına qonaq olan sənətçi çəkiliş zamanı başına gələnlərdən bəhs edib.
"Mənə ən böyük yaxşılığı İlkin Həsəni edib. Məni "Bozbash pictures"ə dəvət edib. Ondan sonra ev də, maşın da aldım. Artıq rayona qayıtdığım məqamda İlkin mənə zəng etdi".
Ən böyük arzusundan danışan aktyor "Azərbaycanı iki dəfə fırlanmışıq. Çəkiliş üçün yeni yerlər qalmamışdı. Amma indi çəkiliş üçün məkanlar çoxaldı. "Buğlama Şuşada" - ən böyük arzumuzdur" sözlərini söyləyib.









Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür