İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDIHipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib.
Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməyə və ya qulaqlarda cingiltiyə səbəb olmur. İnsan uzun illər hipertoniyadan xəbərsiz yaşaya bilər. Hipertoniya riski 65 yaşdan yuxarı insanlarda, həmçinin piylənmədən əziyyət çəkən, oturaq həyat tərzi keçirən və ya spirtdən sui-istifadə edən hər kəsdə artır.
"120/80-dən aşağı qan təzyiqi normal hesab olunur, daha yuxarı göstəricilər isə insult, infarkt, böyrək problemləri və digər problemlərə səbəb ola bilər. Təzyiqə nəzarət bu fəsadlardan qorunmağa kömək edir. Bəzi hallarda, dərman olmadan həyat tərzinizi dəyişdirmək, məsələn, çəki itirmək kifayətdir", - o bildirib.
Malinovskaya qeyd edib ki, qan təzyiqi yüksəldikdə bunun səbəbini tapmaq lazımdır.
"Hipertoniya ürəyin, qalxanabənzər vəzin, böyrəküstü vəzilərin işinin pozulması, böyrək problemləri, endokrin şişlər nəticəsində yarana bilər", - deyə həkim vurğulayıb.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1413   Tarix: 13 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

donlar 2026 qadin sayti hamilelikde qidalanma dibcekler babil baglari qadın geyim və aksessuar dirnaq pilkalamaq kosmetika intim şirin qoğal xocali qaynanaya aid novruz bayrami