İlqar moda gecəsində məşhurları başına topladı - FOTO
Ötən gün model İlqar Əliyevin rəhbəri olduğu model məktəbinin "Ilgar Aliyev Models Fashion Night - 2019" adlı moda gecəsi baş tutub.
Open.az xəbər verir ki, 3-cü ildir keçirilən gecədə şou və model dünyasının tanınmış simaları, müğənnilər, aktyorlar, fotoqraflar, rejissorlar, stilistlər, modellər və media nümayəndələri iştirak edib. Möhtəşəm gecənin aparıcıları Şəhriyar Əbilov və Cavid Gülə həvalə olunub. İlk olaraq səhnəyə Şəhriyar Əbilov çıxaraq qonaqları salamlayıb. Daha sonra o sözü İ. Əliyevə verib. Qonaqları salamlayan model məktəbin fəaliyyətindən danışıb: "Biz məktəbimizdə yeni aktyorlar və modellər yetişdiririk. Model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil. Həm də yerişin, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Biz istəyirik ki, hər kəs gözəl görünsün, gözəl danışsın. Məktəbimizə qəbul başlayır. Qəbul avqust ayının sonundan etibarən aparılacaq".
Müğənnilər Yaşar Yusub, Xəyal Rzazadə, Dilara səhnəyə çıxaraq mahnılarını ifa ediblər. DJ-lər Çina, Fanur, Gulmira öz şouları ilə qonaqlara əyləncəli anlar yaşadıblar. Gevcədə diqqət çəkən məqam isə tanınmışların əsasən ağ geyimlərə üstünlük verməsi olub. Tədbirdə model məktəbinin 4 aylıq kursunu bitirən 5 yaşdan yuxarı 40-a yaxın tələbə podiuma çıxaraq öz məharətini göstərib. Sonda tələbələrə diplom təqdim olunub.




















Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri