İmmunitet üçün ən vacib MADDƏ - Ölkəmizdə ciddi defisiti var
Hamı bilir ki, yod qalxanvari vəzinin normal fəaliyyəti üçün ən vacib maddədir. Lakin yodun orqanizmdə daha az bilinən funksiyası da var.
Yod immun sisteminin effektli işləməsi üçün ən vacib maddələrdən biridir. Belə ki, məhz yodun köməyi ilə immun hüceyrələri olan faqositlər öz funksiyalarını yerinə yetirir.
Xəstəliyin törədicisi olan hər hansı bir mikrob və ya virus orqanizmə daxil olduqda, onların "yolunu kəsən" ilk immun hüceyrələri faqositlər olur. Faqositlər patogenləri mexaniki olaraq "udur" ("phagein" yunan dilində "yemək" və ya "udmaq" deməkdir, "cyte" - "hüceyrə") və bununla orqanizmdə yayılmasının qarşısını alır. İmmun sistemi güclü olan bir çox insanlarda bakteriya və viruslar (və o cümlədən koronavirus) selikli qişalardan dərhal zərərsizləşdirilir və orqanizmə daxil olmur.
Faqositlərdən əlavə leykositlər, immunoqlubulin, komplement və s. kimi immun sisteminin vacib tərkib hissələrinin normal fəaliyyəti orqanizmə yodun səviyyəsi ilə sıx əlaqəlidir.
Yod defisiti zamanı immun sistemi effektli işləyə bilmir və insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır.
ÜST-in məlumatlarına görə, dünyada 140-dan ölkədə yod defisiti müşahidə olunur. Azərbaycanın bir çox bölgələrində də bu problem var.
Orqanizmi yodla təmin etmək üçün yodlaşdırılmış duz (daha yaxşı dəniz duzundan) daim istifadə etmək, qidalanmada yodla zəngin olan qidaların miqdarını artırmaq lazımdır.
Saglamolun.az oxucularına yodla zəngin olan məhsulların siyahısını təqdim edir:
- dəniz balığı
- dəniz kələmi (laminariya)
- feyxoa
- xurma
- yumurta
- göbələk
- süd məhsulları
- ət, qaraciyər
- qarabaşaq.
Həmçinin mütəxəssislər qeyd edirlər ki, yod preparatlarını yalnız analiz verdikdən və həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar. Orqanizmdə yodun normadan artıq səviyyədə olması da təhlükəlidir ki, bu zaman autoimmun xəstəliklərin inkişafı riski artır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi