İmmunitet zəifləyəndə gözdəki bakteriyalar iltihab törədə bilər-Soyuq havada bunlara diqqət edin!

İmmunitet zəifləyəndə gözdəki bakteriyalar iltihab törədə bilər-Soyuq havada bunlara diqqət edin!Payız və qış aylarında havaların soyuması, immunitetin zəifləməsi ilə əlaqədar virus və infeksion blefarit, konyunktivit, keratit xəstəliklərinə daha tez-tez rast gəlinir. İmmunitet hər hansı bir səbəbdən zəiflədikdə gözün selikli qişasında olan bakteriyalar iltihab törədə bilərlər. Məhz buna görə qrip virusuna yoluxmuş xəstə orqanizmdə konyunktivitə rast gəlinir. Bəzən konyunktivit, yaranması immun sistemin zəifləməsinin ilk siqnalı və ya digər xəstəliklərin başlanğıc əlaməti kimi də təzahür edir.
Bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının həkimi Aynurə Əliyeva deyib.
Onun sözlərinə görə, konyunktivit xəstəliyi istənilən yaş qrupunda müşahidə olunur. İstər körpə uşaq, istər cavan, istərsə də yaşlı orqanizmlərdə bu xəstəlik adətən eyni əlamətlərlə keçir: "Gözlərdə qızartı, qaşıntı, ödem, gözlərdə qum hissi, sulanma, yaşaxma, səhərlər qapaqların ifrazatla yapışması, ağrı, bəzən hətta görmədə zəifləmə kimi şikayətlərlə büruzə verir. Qapaqların iltihabı ilə keçən hallarda blefarokonyunktivit,buynuz qişa iltihabı ilə keçən hallarda isə keratokonyunktivit adlandırılan patologiya daha da kəskin keçir.
Törədicisindən asılı olaraq 3-7 gün ərzində iltihab prosesi başlayır. Belə hallarda iltihab törədən hüceyrələri bir növ "yumaq" üçün reflektor olaraq göz yaşı ifrazı artır və gözlər xəstəlik zamanı sulanır. Gözlərə yardım məqsədilə tez-tez istifadə etmək şərtilə süni göz yaşı damcıları təyin olunur. İltihab prosesi kəskinləşdikdə, qızartı, ödem, gözdə "qum hissi", ifrazat, yuxudan sonra qapaqların yapışması kimi əlamətlər yarandıqda isə müalicəyə antibakterial, virus əleyhinə və qeyri-steroid iltihab əleyhinə preparatlar əlavə olunur. Bəzi hallarda sistematik müalicə təyini tələb olunur".
Oftalmoloq bildirib ki, konyunktivitlər görmənin kəskin zəifləməsinə səbəb olan buynuz qişa zədələnməsi- keratitlərlə, qulaq ətrafı limfa düyünlərinin şişməsi-adenopatiya, konyunktiva "çapıqlarıyla", qapaq defektləri ilə və s. ağırlaşa bilərlər. Düzgün müalicə, şəxsi gigiyena və izolyasiya qaydalarına riayət olunduqda xəstəlikdən qısa vaxtda sağalmaq olar. Xəstəliyə heç yoluxmamaq üçün isə immun sistemi qorumaq, düzgün qidalanmaq və yenə də şəxsi gigiyena qaydalarına riayət etmək kifayətdir. Bu xəstəliklərin əlamətlərini hiss etdikdə dərhal oftalmoloqa müraciət etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1603   Tarix: 28 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

makiyaj instagram geymler 2026 sade makiyaj sekilleri prostat almaniya haqqinda melumat kolbasa hazirlanmasi maraqli hind filmleri kosmetika gozde olar seksual dovsan novruz bayrami hakisda haxista