İmmuniteti gücləndirən mürəbbə - qış xəstəliksiz keçəcək

İmmuniteti gücləndirən mürəbbə - qış xəstəliksiz keçəcəkZoğal tərkibində yüksək C vitamini olan, antioksidanlarla zəngin meyvələrdən biridir.
Milli.Az viral.az-a istinadla xəbər verir ki, bu meyvədən hazırlanan mürəbbə və cem səhər yeməyi üçün ideal seçim ola bilər.
Ekspertlər bildirirlər ki, C vitamini "bombası" olan bu meyvədən hazırlanan kompot da olduqca faydalıdır.
Zoğaldan hazırlanan məhsullar həm olduqca ləzzətlidir, həm də sağlamlığa bir çox faydası olan ənənəvi qidalardır.
- Zoğal mürəbbəsi C vitamini ilə zəngindir. Vitamin C immunitet sistemini gücləndirir, bədən hüceyrələrini bərpa edir. Bu qida bədəni infeksiyalardan qoruyur və xəstəliklərə qarşı müqaviməti artırır.
- Zoğal güclü antioksidantlar olan flavonoidlər və polifenollarla zəngindir. Bu antioksidantlar bədəndə sərbəst radikalların yaratdığı hüceyrə zədəsini azalda bilər. Beləliklə, bir çox xroniki xəstəlik riski aradan qalxar.
- Zoğal mürəbbəsi ürək sağlamlığını dəstəkləyə biləcək bir çox qida maddəsi ehtiva edir. Tərkibindəki yüksək antioksidant tərkibi qan təzyiqini aşağı sala, qan damarlarını genişləndirə və xolesterol səviyyəsini tarazlaşdıra bilər.
- Zoğal liflə zəngin qidadır. Lif həzm sisteminin sağlamlığını dəstəkləyir, həzmi tənzimləyir və qəbizlik kimi həzm problemlərinin qarşısını alır.
- Zoğal mürəbbəsində antiinflamatuar xüsusiyyətlərə malik bəzi maddələr var. Bu xüsusiyyətlər iltihabı və şişkinliyi azalda, oynaq ağrılarını aradan qaldıra və revmatoid artrit kimi iltihablı vəziyyətlərin simptomlarını aradan qaldıra bilər.
- Səhər yeməyində tam taxıl çörəyinin üzərinə çəkərək yeyə biləcəyiniz zoğal ceminin tərkibində olan antioksidanlar və vitaminlər saç və dəri sağlamlığını dəstəkləyir. Vitamin C kollagen istehsalını artırmaqla dərini gənc və parlaq saxlamağa kömək edir, antioksidanlar isə saçları gücləndirir.
- Zoğal mürəbbəsi desertləri əvəz edə bilər.
Bununla belə, şəkərsiz variantlara üstünlük verin. Çünki bəzi markaların istehsal etdiyi məhsulda əlavə şəkər və ya konservantlar ola bilər. Buna görə təbii məhsullar almağa diqqət yetirilməlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 1044   Tarix: 01 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

qadin dunyasi sade makiyaj sekilleri maskalar murebbeler müalicəvi bitkilər parfümeriya onkoloji xəstəliklər kosmetika yutube ana haqqinda bayati tərəzi hakista xərçəng bürcü