İmmunitetimizin zəiflədiyini necə bilək? - AÇIQLAMA
"İmmunitet sistemi orqanizmi virus, bakteriya və digər zərərli mikroorqanizmlərdən qoruyan mürəkkəb müdafiə mexanizmidir və onun zəifliyi həm tibbi müayinələrlə, həm də gündəlik həyatda müşahidə olunan bəzi əlamətlərlə özünü göstərə bilər".
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, immunitetin zəif olub-olmadığını dəqiq bilmək üçün qan analizləri, ağ qan hüceyrələrinin səviyyəsi, vitamin və mineral göstəriciləri yoxlanılır:
"Bundan əlavə, insan özündə tez-tez xəstələnmə, infeksiyaların ağır və uzunmüddətli keçməsi kimi hallar müşahidə edirsə, bu artıq immun sisteminin kifayət qədər güclü işləmədiyini göstərə bilər. Soyuqdəymə, qrip, boğaz ağrısı kimi xəstəliklərin tez-tez təkrarlanması, bədənin əvvəlki kimi tez toparlanmaması, uzun müddət davam edən halsızlıq və enerji çatışmazlığı immunitetin zəifləməsinin əlamətlərindəndir".
Mütəxəssis-ekspert bildirib ki, həmçinin dodaq uçuğunun tez-tez çıxması, ağızda aftalar, diş əti problemləri, dəridə yaranan infeksiyaların və kiçik yaraların belə gec sağalması da bədənin müdafiə qabiliyyətinin azaldığını göstərə bilər:
"Bununla yanaşı, həzm sistemində pozğunluqlar, tez-tez ishal, şişkinlik, iştahasızlıq, stressə qarşı həssaslıq, yuxu pozuntuları və ümumi psixoloji gərginlik də immun sisteminin zəifliyi ilə əlaqəli ola bilər. Belə əlamətlər uzun müddət davam edərsə və insanın gündəlik həyat keyfiyyətini aşağı salarsa, səbəbi aydınlaşdırmaq və mümkün ciddi problemlərin qarşısını almaq üçün həkimə müraciət etmək vacibdir".
Mina Mikayılova
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib