İmmunitetin güclənməsi: işlək üsullar

İmmunitetin güclənməsi: işlək üsullarİnsan orqanizminin dünyada ən mükəmməl müdafiə sistemi var - immun sistemi. Bu sistem bir neçə müdafiə səviyyəsindən, insan orqanizminin hüceyrələri, toxumaları və orqanları ilə qarşılıqlı əlaqədə olan çoxsaylı ayrı-ayrı komponentlərdən ibarətdir. Bu sistem həm də özünü öyrənmə qabiliyyətinə malikdir. Bizim immun sistemimiz hər gün yüzlərlə pato­gen mikroorqanizmlərin hücumunu dəf edir və bədənin daxilində və səthində məskunlaşan hələ yüzlərlə də şərti-patogen mikroorqanizmləri nəzarətdə saxlayır. Ömrümüz boyunca immun sistemi ətraf mühitdəki potensial düşmənləri izləyir, onlarla effektiv mübarizə aparmağı və hələ zərər yetirməmiş onları məhv etməyi öyrənir. Odur ki, immunitet barəsində yüngül yeldən belə aşmağa hazır olan çürük hasar kimi təsəvvürlərin yaradılması ən böyük uydurmadır.
Nə üçün superimmunitet mifdir?
Nə olardı ki, təbiət elə güclü immun sistemi yaradardı ki, hər hansı patogen mikroorqanizm adama yaxınlaşan kimi ölü düşərdi? Cavab sadə və üzdədir. Ona görə ki, superimmunitet insanın özü üçün təhlükədir. Bu möhtəşəm çoxkomponentli mürəkkəb sistemdə baş verən hər hansı xəta qalan orqanların işinin pozulması ilə təhlükəlidir. Nümunə olaraq:
• Allergiya - həddən artıq aktiv immun sisteminin başqa sistemlər üçün tam adi zülallara qarşı qeyri-adekvat reaksiyasının nəticəsidir. Müvafiq olaraq, allergik astma və ekzemanı misal gətirmək olar.
• "Sitokin qasırğası" - orqanizmin o dərəcədə güclü iltihab reaksiyasıdır ki, bu zaman nəzarətsiz hasil olunan külli miqdarda sitokinlər poliorqan çatışmazlığa, hətta pasiyentin ölümünə səbəb olur. "Sitokin qasırğası" qrip pandemiyası zamanı ölüm səbəblərindən biridir.
• Autoimmun xəstəliklər - anomal aktiv immun hüceyrələr sahib orqanizmə qarşı silahlanır. Misal - revmatoidli artrit, 1 tip şəkərli diabet və s.
"İmmuniteti gücləndirməyə" çağıranlar sadala­nanlardan hansını nəzərdə tutur? Göründüyü kimi, immun sisteminin həssaslığının və ya böhranlı hallarda onun hasil etdiyi maddələrin, hüceyrələrinin sayının artması orqanizm üçün son dərəcə təhlükəlidir.
Üstəlik, xarici həmlə ilə üzləşən immun sistemi özünün hüceyrə "qoşunlarını" artırırsa, sonradan, "zəfər döyüşündən" sonra orqanizm artıq immun
hücey­rələrindən azad olunmağa çalışır, bu hücey­­­rələr apoptoz (proqramlaşdırılmış ölüm) prosesində parçalanır.
"Güclənmiş" immun sisteminin mövcudluğu alimlər arasında sübuta yetirilməyib. İmmunitetə aid "norma" və "patologiya" anlayışları işlə­nir, "immuniteti gücləndirmək", "immuniteti möhkəm­lən­dirmək", "immun sistemini yaxşılaşdırmaq" kimi ifadələr məna yükü daşımır və reklam törəməsidir.
İmmuniteti nə zəiflədir?
Beləliklə, insan demək olar, ideal və çox effek­tiv müdafiə sisteminin sahibidir. O, o qədər mükəm­məldir ki, onu "zəiflətmək" çox çətindir. Bəs, immun sisteminin işini gerçək dərəcədə pozan, immuniteti zəiflədən hansı amillərdir?
• Davamlı ağır streslər, aclıq, müəyyən mikro­elementlərin və vitaminlərin davamlı çatış­mazlığı (avitaminoza). Bu vəziyyətlər aylarla və illərlə davam edirsə, immun sisteminin qoruyucu mexa­nizmlərini doğrudan da sıradan çıxarır.
• İmmun sisteminə təsir edən bəzi xroniki xəstəliklər, misal üçün şəkərli diabet.
• Anadangəlmə və qazanılmış immundefisit vəziyyətlər (QİÇS), immun sistemini zədələyən proseduralar (kimya terapiyası, immunosupressiv terapiya).
• Yaş. Ahıl yaşlı adamlarda bütün sistemlərin effektiv fəaliyyəti azalır, o cümlədən immun sisteminin. Belə ki, infeksiyaya qarşı hasil olunmalı T-limfositlərin sayı yaşla bağlı azalır, xəstəliklərə qarşı müqavimət zəifləyir.
İmmuniteti artıran hansı üsullar işləmir?
• İmmunostimulyatorların qəbulu
Bəli, immun müdafiəni gerçək gücləndirən (immunostimulyatorlar) və ya onu zəiflədən (immunosupressorlar) preparatlar mövcuddur. Amma bu dərmanlar ağır xəstəliklər zamanı yalnız həkim tərəfindən təyin edilir.
Bundan başqa, "immunostimulyator" adı altın­da apteklərdə daha çox effektivliyi sübut olunma­yan preparatlar satılır. Onların reklam olunan təh­lü­kəsizliyi və əlavə təsirlərinin olmaması yalnız gerçək dərman deyil, plasebo olduqlarını təsdiq edir.
• Vitaminlərin qəbulu
İmmun sistemini gücləndirən kimi təqdim olunan daha bir birləşmələr qrupu. İmmun sistemi ilə bağlı olan yalnız D vitaminidir ki, qeyri-aktiv T-limfositləri aktivləşdirməklə patogen mikroorqanizmləri məhv edən T-killerlərə çevirir. Digər heç bir vitamin immun sisteminin fəaliyyətində bu qədər yaxın iştirak etmir. Ən yaxşı halda, bizi sağlamlaşdırır ki, bu da gözəldir, amma "immunitetin artırılmasına" aidiyyəti yoxdur.
• Hamam və ya sauna
Hamama ya saunaya getməyin immun sisteminə heç bir təsiri müşahidə olunmayıb. Ürək-damar sisteminə isə təsir edir, özü də çox. Odur ki, hamama getməyə hazırlaşarkən damarların və ürəyin sağlamlıq durumu nəzərə alınmalıdır, soyuqlama ya qripin olması yox.
• Türkəçarə
"İmmuniteti artıran" ən məşhur məhsullar arasında sarımsaq birincidir. Tərkibindəki fitonsidlər yüngül bakterisid təsirə malikdir, amma bu da qısamüddətli təsirdir. Xalq arasında geniş yayılmış daha bir məhsul baldır ki, onun da faydası, əsasən, zəif bakterisid təsiri ilə bağlıdır, immun sisteminə heç bir təsiri yoxdur.
İmmun sistemini qoruyan üsullar hansıdır?
Beləliklə, immunitetdən danışarkən, ilk növbədə, orqanizmin xarici zədələyici təsirin öhdəsindən effektiv dərəcədə gəlmək qabiliyyəti nəzərdə tutulur. Orqanizm nə qədər sağlamdırsa, immun sistemi də o qədər işləkdir. Sağlamlıq amilləri isə çox sadədir.
Qrip və başqa xəstəliklərə qarşı mütəmadi vaksinasiya
Nəyə görə vaksinasiya birincidir? Çünki məhz bu üsul immun sisteminin gücləndirilməsinə aparan birbaşa yoldur. Müxtəlif infeksiyaların qismində mümkün təhlükəni ona göstərməklə orqanizmi düzgün və tez reaksiya verməyə öyrəşdiririk. Hər peyvənd müvafiq infeksiyaya qarşı yaranan cavabın sürətini və keyfiyyətini artırır. Vaksinlərin təbii immunitetin formalaşması prosesindən üstünlüyü gerçək xəstəliklə müqayisədə daha təhlükəsiz olmasıdır. Sübut olunub ki, yaşla bağlı immun sisteminin zəifləməsinə baxmayaraq, hətta 65-dən yuxarı yaşlı adamların peyvənd olunması onların xəstəliyi itkisiz keçirmək şansını artırır.
Rasional qidalanma və çəkiyə nəzarət
Çəkinin kəskin azalması da, artması da orqanizmi eyni dərəcədə zəiflədir. Xatırladaq ki, immun sistemi normada intizamla işləyən mexanizmdir. Normadan əhəmiyyətli dərəcədə yayınmaq orqanizmin bütün sistemlərinin, o cümlədən immun sisteminin fəaliyyətini pozur. Problemin əsas səbəbini aradan qaldırmadan onu "yaxşılaşdırmaq" mümkün deyil.
Müntəzəm fiziki yük
Fiziki aktivlik ürək və damarların aktivliyi­ni qoruyur, bədən çəkisinə və arterial təzyiqə nəza­rəti saxlayır. Təəccüblü deyil ki, sağlam, fiziki inkişaf etmiş adamın immun sistemi təhlükəyə tez və effektiv cavab verir. Fiziki hərəkətlər immun sistemi ilə bağlı bir çox xroniki xəstəliklərin törətdiyi zərəri azaltmağa imkan verir. Tədqiqatlar göstərir ki, gündəlik həyatda yüngül fiziki hərəkətlərə üstünlük vermək, orqanizmi imkanlarından artıq yükləməmək lazımdır.
Zərərli vərdişləri tərgitmək
Deyildiyi kimi, immun sistemini bir neçə müda­fiə səviyyəsi var. Onlardan biri selikli qişa­lardır. Tütün tənəffüs yollarının selikli qişalarına zərərli təsir göstərməklə müdafiə mexanizmlərini təcrid edir, müxtəlif infeksiyalara yol açır. Spirtli içkilər də immunitetə ciddi zərər yetirir, belə ki, T-limfositlərin əmələ gəlməsinə mane olur, leykositlərə mənfi təsir göstərməklə onların patogen bakteriyalarla mübarizə aparmaq qabiliyyətini azaldır, iltihab proseslərinə cavabdeh olan maddələrin, yəni sitokinlərin hasilatını pozur.
Sağlamlığın monitorinqi və müntəzəm həkim nəzarəti
Zəif orqanizmin, xəstələrin xarici təhlükə ilə üzləşmək qabiliyyəti yoxdur. Məsələ immun sistemində deyil, müdafiə ehtiyatlarının tükən­mə­sindədir. Odur ki, xüsusən, 60 yaşdan sonra həkim nəzarətində qalmaq və vaxtında tədbir görmək insanı bütün həblərdən yaxşı qoruyur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1140   Tarix: 04 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Sağlam qaraciyər üçün qəhvə için

Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb. xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 35

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Arıqlamağa mane olan 3 böyük səhv

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur. -a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib. Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksə

turlar.az

həkim məsləhəti sac duzumleri gözəllik məhsulları sacin horulmesi hicab ortukleri meshurlar haqqinda kəpəyə qarşı kosmetika zehmet ve zinet oglan evi brusell bakteriyası englishdilində qulaq klitor