İmtahanqabağı qidalanma

İmtahanqabağı qidalanmaİmtahana hazırlaşarkən mütləq qida rejiminə əməl olunmalıdır. Abituriyent bioloji aktiv maddələrlə zəngin qida qəbul etməlidir. Bunlara meyvə, tərəvəz, göyərti, şokolad və mineral elementlər kompleksi daxildir. İntensiv intellektual gərginlikdə bitki dəmləmələri də qəbul etmək vacibdir. Məsələn, qara çörəkotu əsəb sistemini tənzimləyir. Bir fincan qaynar suya 2 çay qaşığı əzilmiş qara çörəkotu əlavə edib içməklə beyin aktivliyini artırmaq olar. Bəzi ayaqüstü qidalardan və qazlı içkilərdən uzaq durmaq məsləhətdir. Gün ərzində 1-2 fincandan artıq kofe qəbul etmək olmaz. Alkoqol, o cümlədən pivə içilməsi normal yuxu ritmini pozur, səbəbsiz pessimizm, yaxud özünü doğrultmayan optimizm təlqin edir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı məlumat verib.
Onun dediyinə görə, qorxu və həyəcandan xilas olmaq üçün kələm salatı, mənfi emosiyaları neytrallaşdırmaq üçün gündə azı 150 qram çiyələk yemək məsləhətdir. Yorğunluğu götürmək və düşüncəni surətləndirmək üçün tərkibi B vitaminlər qrupu ilə zəngin olan ət, balıq, sıyıq, qoz yemək yaxşı nəticə verir.
Həkim-diyetoloq gün ərzində beyini qidalandıran bir resept də təklif edib: "150 qram çəkilmiş alma yarım portağal şirəsi ilə qarışdırılaraq üzərinə 10 ədəd təmizlənmiş qoz ləpəsi və 2 çay qaşığı bal əlavə edilir. Həmin qarışığı qəbul etməklə gün ərzində yorulmadan imtahana hazırlaşmaq olar".
Həmsöhbətimiz onu da qeyd edib ki, imtahana gedərkən doyunca yemək məsləhət deyil. Belə olanda qan dövranı qidanın həzminə yönəlir, beyində heç nə qalmır, yuxulu vəziyyət yaranır. Kofe içməklə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək lazım deyil. Şokoladla yaşıl çay içmək daha yaxşıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2051   Tarix: 13 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi qis geyimləri 2026 gozel gorunmek atalar sozleri ve meseller tutun faydalari həzm orqanları ehtiraslandiran sozler kosmetika rus dilini oyrenek 2ci ders faydalı məsləhətlər kurtlar vadisi novruz hakıştası webnem tovuzlu