"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoru

Ölkənin işgüzar simalarına həsr etdiyimiz yeni "İş Gücümüz" rubrikasının ilk qonağı, yeni yaransa da ən reytinqli xəbər saytları ilə bir sırada adı çəkilən Sonxeber.az saytının baş redaktoru Mirvari xanım Nəzərovadır.

- Mirvari xanım, Sonxeber.az saytı 2 ildir fəaliyyət göstərsə də, sizin payınıza son 5 ay düşür. Yeni ilin ilk rübünü geridə qoymuş baş redaktor kimi təəssüratlarınız və nəticələrinizi bilmək istərdik?

- Sayta məni baş redaktor təyin edəndə, fəaliyyətdə olduğu müddətdə media bazarında özünəməxsus yer tuta bilən bir saytın redaktoru olmağın məsuliyyətini çox yaxşı dərk edirdim. Meydanın ön hissəsində olmaq qürurverici idi və bu mənə daha da stimul verirdi. Saytımızda sosial, iqtisadi mövzularda yazılara daha geniş yer veririk. Operativliyi qoruyub saxlayırıq. Bayağı, yüngül xarakterli yazıların getməsinin əleyhinəyəm və kollektivimə də bunu aşılayıram. Təəssüf ki, son vaxtlar mətbuatda etik normalara uyğun olmayan, çılpaq şəkillərlə xəbərlər yayımlanır. Fikrimcə, hər bir sayt redaktoru bu məsələlərə ciddi yanaşmalıdır. Çünki ciddi bir saytda pornoqrafik, erotik şəkillərin yayımlanması kənardan həmin sayt haqqında pis imic yaradır. Sayt öz reytinqi xatirinə imicinə xələl gətirməməlidir. Azərbaycan mətbuatında kifayət qədər saytlar var ki, bugün oxucuların yüksək bir faizini maraqlandıran, əyləndirən şou xəbərlərinə belə yer vermirlər. Bəs onlar reytinqi, uğuru necə qazanırlar? Demək ki, məsələ redaktorun seçimindən asılıdır.

- Bəzən xəbər saytlarında gedən başlıqlara görə redaktorlara irad bildirirlər. Belə olan halda tənqidlərə münasibətiniz necə olur?

- Sayt jurnalisti üçün xəbərin özü qədər əhəmiyyətli - məhz yazdığı xəbərə seçdiyi qısa başlıqdır. Uğurlu başlıq seçmək çox çətindir. Təkcə bizim saytda yox, əksər internet portallarında əsas problemlərdən biri də xəbər lentində düzülən başlıqlardır. Bəzən bizdə də belə hallar olur ki, xəbərə daha uğurlu başlıq tapmaqda çətinlik çəkirik və ona görə, müəyyən iradlar olur. Bu iradlar da adətən, xəbər istehsalı prosesindən xəbərsiz olanlar tərəfindən olur. Bəzən haqsız, ədalətsiz yerə bizi tənqid edirlər. Yenə də bütün tənqidləri nəzərə alırıq. Reytinq məsələsi də önəmlidir. Medianın etik prinsiplərini qorumaq şərti ilə reytinqimizi yüksəkdə saxlamağa çalışırıq. Hətta bu sahədə peşəkar media mütəxəssislərini ofisimizə dəvət edərək, müxbirlərə treninq keçirik.

- Bugün internet mediada sağlam rəqabətdən danışmaq mümkündürmü?

- Hazırda internet medianın ictimai rəyə təsir imkanlarının yüksələn xətlə getməsi reallıqdır. Azərbaycanda fəaliyyət göstərən xəbər portalları arasında ciddi rəqabətin getdiyi daha çox bu sahədə çalışanlara bəllidir. Xüsusən də, Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər qəbul olunandan sonra daha peşəkar, daha faydalı xəbər üçün rəqabət bir qədər də güclənib. İnternet media sahəsində qanunvericilikdə sərtləşdirilmənin aparılması, məsələn: yalan, böhtan informasiya yazanlara qarşı mübarizənin gücləndirilməsi, xəbər bazarında informasiya çəkisi çox olan xəbərlərin artmasına təkan verəcək. Sevindiricidir ki, saytlarda daha faydalı informasiyaların yer almasına ehtiyac yaranacaq. Təbii ki, bu da yeni rəqabət mühitinin yaranmasına səbəb olacaq. Yəni araşdırma yazılara, ən çox da özəl yazılara ehtiyac artacaq. Hətta peşəkarlıqdan uzaq olan, sıradan saytların da bu bazardan çıxmasına şərait yaranacaq. İndidən bu rəqabətə hazırlaşırıq. Daha peşəkar heyətlə çalışmağa başlayırıq. Artıq komandamızı gücləndiririk. Gələcəkdə bizi böyük rəqabət gözləyir.

- Bəs, saytınızda istinad mədəniyyəti qorunub saxlanılırmı?

- Əlbəttə, saytımızda həmişə istinad mədəniyyətini qoruyub saxlayırıq. Amma etiraf etməliyəm ki, internet media sahəsində copy-paste məsələsi ən ciddi problem olaraq qalır. Tez-tez müşahidə edirik ki, saytımızda yer alan - mənbəyi bizə aid olan xəbəri başqa sayt jurnalistləri istinad etmədən yazırlar. Halbuki biz - o xəbərin üzərində əziyyət çəkmişik. Ona görə də, müəllif hüquqlarına əməl olunması ilə bağlı məsələləri ciddiləşdirmək, sərtləşdirmək daha doğru olardı. Digər tərəfdən bu sahədə peşəkarlığın artırılmasına da çox böyük ehtiyac var.

- İnformasiya almaq üçün hər hansı çətinliklərlə üzləşirsinizmi?

- Bəzən olur. Amma bizi narahat edən məsələ başqadır. Bəzən dövlət məmurları, deputatlar bizə verdikləri müsahibədə dediklərini sonradan danırlar. Bu da müəyyən narazılıqlar yaradır . Ona görə, xahiş edirik ki, müsahibə verəndə diqqətli olsunlar. Təbii ki, biz də diqqətli olmalıyıq, amma müsahibə verənlər də diqqətli olsa daha yaxşı olar.

- Oxucularınızla əlaqəni necə qurursunuz?

- Ən çox sosial media –Facebook vasitəsilə. Etiraf etməliyik ki, bugün oxucular saytlara facebook vasitəsi ilə daha asan giriş əldə edirlər. Ona görə, xəbəri operativ şəkildə yazıb uğurlu başlıqla sayta yerləşdirmək yetərli deyil. Həmin xəbəri sosial media üzərindən, ən çox da facebook üzərindən oxucunun gözü önünə gətirməliyik. Etiraf edək ki, bugünkü oxucuların əksəriyyəti sayta girmək istəmir, onu sosial şəbəkədən əldə etmək istəyir. Ona görə, internet saytların güclü sosial media menecerinə ehtiyacı var. Bu sahədə peşəkar media menecerlərinə ehtiyac olub və həmişə olacaq. Peşəkar media mütəxəssislərinin yetişdirilməsinə böyük ehtiyac var. Doğrudur, universitetlərdə yeni media dərsləri keçirilir, amma daha peşəkar mütəxəssislərin olmasını arzu edirəm.

-Amma son vaxtlar deputatların Facebook-la bağlı yanaşmaları o qədər də ürəkaçan vəziyyətdə deyil...

-Facebookla bağlı deputatların bu yanaşması çox yalnışdır. Vurğulamaq istəyirəm ki, son dönəmdə Azərbaycan höküməti, eləcə də cəmiyyəti sosial medianın inkişafında maraqlıdır. Facebook-un, Whatsappın, Google-un bizə ehtiyacı yoxdur. Bizim onlara daha çox ehtiyacımız var. Biz bu hazır resurslarla səsimizi dünyaya çatdırmalıyıq. Dövlət qurumları da, cəmiyyət də bu resurslara inteqrasiya edərək inkişaf etməlidir. Bugün bütün dövlət orqanlarının rəsmi Facebook səhifələri var. Etiraf etmək yerinə düşər ki, həmin qurumlara aid açıqlanası mümkün olan məmulatları, statistik rəqəmləri biz Facebookdakı rəsmi səhifələrdən operativ şəkildə əldə edirik. Digər tərəfdən, əksər qurumların mətbuat katibləri ilə sosial media üzərindən çox asanlıqla əlaqə saxlaya bilirik. Avropa Oyunları zamanı Azərbaycana qarşı haqsızlıq, ədalətszilik, ikili standartlarla mübarizədə bizi sosial media xilas etdi. Azərbaycan sosial mediası birləşərək haqq səsimizi sosial media vasitəsilə dünyaya çatdırdı. Ona görə, sosial şəbəkələrə bu cür yanaşmaq bizim maraqlarımıza uyğun deyil.

-Son vaxtlar müşahidə edirik ki, ciddi xəbər saytlarının adları ilə bənzəradlı saytlar açılır. Bu saytların nüfuzuna xələl gətirəcəyi sizi narahat edirmi?

- Burada qanunvericiliyin pozulması halı təbii ki yoxdur. İnternet sərbəst şəbəkədir və domen adı birinci qeydiyyatdan keçirən şəxs həmin adın sahibidir. Bizim xəbərləri olduğu kimi eyni başlı və ya eyni formada işıqlandırsalar, məhkəməyə müraciət edə bilərik. Sadəcə, domen ad alanlar, yaxşı olar ki, belə problemlə üzləşməmək üçün, oxşar adlı domenləri də qeydiyyatdan keçirsinlər. Oxşar domeni başqa birinin qeydiyyatdan keçirərək yeni internet resursu yaradıb öz xəbərlərini paylaşması qanunidir. Açığı, bizi belə hallar narahat etmir. Sonxeber.az media bazarında özünəməxsusluğu ilə seçilir.

- Bir neçə ay öncə dollar və onun məzənnəsi idi. Bununla bağlı gedən yazılar çox oxunurdu. Bəs, indi vəziyyət nə yerdədir?

- Həftənin beş günü iş vaxtının son saatına yaxın dolların rəsmi məzənnəsi Mərkəzi Bankın rəsmi saytına yerləşdirilir və dərhal saytımızda yer alır. Dollar bahalaşdı, dollar ucuzlaşdı, dollar kəllə-çarxa qalxdı - başlıqlarından artıq oxucunun özü də yorulub, biz də. Nəzərə alsaq ki, dolların bahalaşması əhalinin narazılığına səbəb olan məsələlərdəndir, indi təsəvvür edin, biz o başlıqlardan sonra oxuculardan nə çəkirik (gülür – red.) Amma son dönəmdə artıq bu problemdən uzağıq, çünki dolların qalxıb-enən məzənnəsini artıq oxucularımız nə özünə, nə də bizə dərd edirlər.

-Zorlama, təcavüz və intiharla bağlı xəbərlərin saytınızda yerləşdirilməsinə münasibətiniz necədir? Artıq bir çox sayt redaktorları bu xəbərlərdən imtina etməkdədir. Siz bu barədə nə düşünürsünüz?

-Bu tip xəbərləri hər kəs oxuyur. Amma çalışırıq ki, hadisənin təfərrüatlarının dərinliyinə varmayaq. Əksər hallarda bu tip xəbərləri veririk, çünki hər bir saytın reytin tələbi də var. Medianın etik prinsiplərini qoruyub saxlamaqla yanaşı, reytinqi də gözləmək lazımdır.
"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoru"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoru"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoru"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoru"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoru"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoru"Indidən bu rəqabətə hazırlaşırıq" – Sonxeber.az saytının baş redaktoruGeyim: Jadore Baku Beautique -jadorebakuboutique
Saç və makiyaj : Dikaya orxideya studio -dikayaorxideyastudio

Ünvan :Nerimanov ray, Ehmed recebli, Molla Cume56/2A.Ömür klinikasinin yanı Əlaqə tel:☎️+994555060505 ☎️+994124648586

Xəbərlər     Baxılıb: 2611   Tarix: 24 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

donlar 2026 kosmetika mehsullari toy makiyajlari xiyar tutmasi maskalar saç üçün burcler kisiler kök suyu kosmetika haqisda oglan evi laylalar sirniyatlar vətən həsrəti