İnfarkt niyə "cavanlaşıb"? - İlkin tibbi yardım qaydaları

İnfarkt niyə Ənənəvi olaraq yaşlı nəslin problemi kimi tanınan ürək-damar xəstəlikləri artıq 20-40 yaş arası insanları da təhdid etməyə başlayıb. Həyat tərzinin dəyişməsi, stressin artması, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azalması və genetik meyillik bu halların başlıca səbəbləri sırasındadır.
Ən faciəvi məqam isə odur ki, bir çox gənclər ürək xəstəliklərinin xəbərdaredici əlamətlərini bilmədikləri üçün zamanında müayinə və müalicə olunmurlar. Bu isə ani və gözlənilməz ölümlərlə nəticələnir.
Maraqlıdır, ürək-damar xəstəlikləri niyə gəncləşib?
Bu barədə Trend-ə danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son illərdə həm Azərbaycanda, həm də dünyada müşahidə olunan ən ciddi tendensiyalardan biri ürək-damar xəstəliklərinin, xüsusilə də infarktın gənc yaşlarda baş verməsidir.
Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbləri həyat tərzinin dəyişməsi, düzgün qidalanmama, stress və zərərli vərdişlərin geniş yayılması ilə bağlıdır:
"İnfarktın "cavanlaşmasının" əsas amillərinə hərəkətsiz həyat tərzi, fast-food tipli qidaların, duz və yağın həddindən artıq istifadəsi, artıq çəki, diabet və yüksək qan təzyiqinin artması daxildir. Eyni zamanda siqaret və alkoqol kimi zərərli vərdişlər, bəzi hallarda isə idman zallarında həkim nəzarəti olmadan qəbul edilən müxtəlif enerji preparatları da risk faktorlarını artırır. Gənclərin intensiv iş rejimi, yuxusuzluq və daimi stress altında qalması da ürək-damar sağlamlığına mənfi təsir göstərən mühüm səbəblərdəndir".
"Ürək xəstəliklərinin qarşısını almaq üçün hər kəs gündəlik həyatında profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidir. Balanslı qidalanma, artıq çəkidən uzaq durmaq, mütəmadi fiziki aktivlik, siqaret və spirtli içkilərdən imtina, normal yuxu rejiminə riayət etmək əsas qaydalardandır. Eyni zamanda qan təzyiqi, xolesterin və şəkər səviyyəsinin vaxtaşırı yoxlanması, risk qrupuna daxil olan gənclərin isə müntəzəm həkim müayinəsindən keçməsi həyati əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, sağlam həyat tərzi çox vaxt ən güclü dərmandır. Gənc yaşlardan etibarən sağlamlığa diqqət etmək gələcəkdə infarkt və digər ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ən effektiv yoldur",- Rəşad Mahmudov vurğulayıb.
İnfarkt zamanı ilkin tibbi yardım necə olmalıdır?
Mövzu ilə bağlı Trend-ə danışan Kliniki Tibbi Mərkəzin TTY şöbəsinin müdiri Sevinc Tağıyeva bildirib ki, ürək tutması təcili tibbi yardım tələb edən ciddi bir vəziyyətdir.
Onun sözlərinə görə, bu halın əsas səbəbi ürək əzələsi, miokardın qanla təminatının ya kəskin şəkildə azalması, ya da tamamilə dayanmasıdır.
"Belə hallarda xəstənin həyatı saniyələrdən asılı olur. Bəzi hallarda isə bu vəziyyət miokard infarktı ilə nəticələnə bilər ki, bu zaman da sürətli və düzgün ilkin yardım həyati əhəmiyyət daşıyır. İlk növbədə qeyd etmək lazımdır ki, ürək tutmasının əsas əlaməti sinədə yaranan kəskin, sıxıcı xarakterli ağrılardır. Bu ağrılar çox zaman sol qola, kürəyə, çiyinə və hətta çənəyə yayıla bilər. Belə vəziyyətdə ilkin tibbi yardım göstərilərkən insanlar soyuqqanlı davranmalı, panikaya düşməməlidirlər. Xəstə dərhal sakit və havası təmiz bir mühitə yerləşdirilməli və sakitləşdirilməlidir. Daha sonra xəstəyə yarımoturaq vəziyyət verilməlidir ki, bu pozisiya ürəyə olan yükü azaldır və qan dövranını yüngülləşdirir. Bundan sonra 300 mq dozada aspirin verilməlidir. Vacib məqam: aspirin çeynənməlidir, udulmamalıdır. Eyni zamanda nitroqliserin preparatı da istifadə edilə bilər. Bu dərman qan damarlarını genişləndirir və ürəyə qan axınını yaxşılaşdırır. Nitroqliserin 1 tablet olmaqla, 5 dəqiqəlik fasilələrlə maksimum 3 doza şəklində verilə bilər. Əgər xəstənin nəbzi və tənəffüsü yoxdursa, dərhal ürəyin qapalı masajına (kardiopulmonar reanimasiya - CPR) başlanılmalıdır. Bu, xəstənin həyatını xilas edə biləcək əsas addımdır",- deyə həkim əlavə edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162 nəfər təşkil edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1435   Tarix: 02 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

makiyaj instagram toy gecesi maskalar qadın döşü kabablar geyim seçimi tehsile aid atalar sözləri kosmetika efsane babasil paxlava şəhid terezi