İnfarktın əsas əlamətləri
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti infarktın panik atakdan fərqini açıqlayıb.
Milli.Az bildirir ki, bu barədə "Express" nəşri xəbər verir.
Qeyd olunub ki, panik atak öz-özlüyündə sağlamlıq üçün böyük təhlükə yaratmır, infarkt isə ölümcül ola bilər.
Əgər insanda müəyyən edilməyən səbəbdən böyük qorxu hissi varsa, bu həm panik atakın, həm də infarktın əlaməti ola bilər. Eyni zamanda sinə ağırsı, ürəkbulanma və nəfəs darlığı da hər iki xəstəliyin simptomudur.
Bununla belə, əgər sinə ağrısı bədənin digər hissələrinə - sol qol, boyun, çənə, bel və qarın nahiyəsinə yayılırsa, bu infarktın əlamətidir. İnfarkt zamanı ürəkbulanma ilə yanaşı qusma, öskürək və tərləmə də olur.
Panik hücum zamanı isə insanlarda üşümək və ya yüksək temperatur olur, ürək döyüntüsü tezləşir, titrəmə olur, boğulma hissi yaranır, ağız quruluğu və qulaqlarda küy əmələ gəlir. /medicina.az
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu