İnfeksionist: "Qızdırma antibiotik üçün göstəriş deyil, ilk həftədə sadəcə, maye və vitaminlə müalicə olmalıdır"

İnfeksionist: "Qızdırma antibiotik üçün göstəriş deyil, ilk həftədə sadəcə, maye və vitaminlə müalicə olmalıdır"Vaksinasiya pandemiyanı bitirməyin ən optimal yollarından biridir. Tarixə nəzər salsaq, pandemiyalar üç yoldan biri ilə sona çatıb: kollektiv immunitetin əmələ gəlməsi, vaksinasiyanın kütləvi tətbiqi, virusun özü-özünü öldürəcək səviyyədə mutasiyaya uğraması ilə. Kollektiv immunitetin yaranması bir az sual işarəsi altında qalır. Çünki bu günə qədər olan təcrübələr göstərir ki, virusa qarşı davamlı immunitet əmələ gəlmir. Bir neçə ayda qoruyuculuq itirilir. Buna görə də kollektiv immunitet məsələsi çox optimal yol olaraq görünmür. Dövlətin marağında da hamının virusa yoluxması kimi bir durum söhbətin mövzusu deyil. Virusun öz-özünü öldürərək pandemiyanın bitməsi də çox ehtimal olunan vəziyyət deyil. Çünki xəstələrin 80 faizi onu çox yüngül formada keçirirlər.
Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yüngül keçirilən xəstəlikdə də virusun mutasiyaya uğrama ehtimalı azalır. Əgər xəstəlik ağır keçirilərsə və virus orqanizm tərəfindən daha şiddətli cavaba məruz qalarsa, o zaman mutasiyaya uğraya bilər: "Beləliklə, tək çıxış yolumuz vaksinasiya qalır. Vaksinasiya bundan öncəki pandemiyalarda da özünü doğrultmuş bir üsuldur. Ölkəmiz vaksin istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir, ən optimal və effektiv vaksinin əldə olunması üçün danışıqlar aparır. 2021-ci ilin başlanğıcından xüsusi risk qrupunda olan şəxslərin vaksinasiyası planlaşdırılır. Sonra əhalinin digər kontingenti də vaksinasiya üçün hazırlanacaq. Vaksinasiyanın ölkəni tam əhatə etməsi üçün 1-2 il zaman keçəcək. Bu müddətdə də ən effektiv tədbir maska, sosial məsafə və əl gigiyenasına riayət etməkdir".
İnfeksionist bildirib ki, dünyada respirator etika deyilən bir məfhum mövcuddur. Bu, o deməkdir ki, özündə hər hansı bir respirator əlamətlər hiss edən vətəndaşlar ya evdən çölə çıxmır, çıxsalar da maska taxarlar: "Nəticə etibarilə kimsənin həyatını riskə atmazlar. Bizim də ölkəmizdə respirator mədəniyyətin daha da inkişaf etməsini istərdim. Təəssüf ki, hər gün adı portala düşən koronavirus xəstələrinin daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılması və ya barələrində cinayət işinə başlanılması haqqında xəbərlər oxuyuruq. Hələ virusa yoluxub test verməyən aramızda dolaşanlar da az deyil. Buna nəzarət etmək çox çətindir. Lakin burada vətəndaşın düşüncə tərzi böyük rol oynayır. Virus daşıyıcısı olan şəxs özündən çox ətrafına zərər verir. Müalicə metodları nə qədər inkişaf etsə də, ən effektiv yol xəstəliyə yoluxmamaqdır. Yoluxduqdan sonra hər kəsin həyatı risk altında olur".
F.Sədirov evdə müalicə alan və özbaşına dərman qəbul edən koronavirus xəstələrindən də bəhs edib: "Evdə müalicə ciddi nəzarət altında olmalıdır. Əfsuslar olsun ki, son zamanlarda pandemiya xəstəxanalarına müraciət edən xəstələrin əksəriyyəti xəstəliyin ilk günlərindən etibarən antibakterial, hormonal, steroid kimi preparatların kütləvi istifadəsi nəticəsində ağırlaşıb gələn xəstələrdir. Bu, qətiyyən yolverilməzdir. Xəstəliyin ilk bir həftəsi və on günü virusun çoxaldığı replikativ mərhələsidir. Bu mərhələdə heç bir şəkildə immun sisteminə müdaxilə etmək olmaz. Çünki bizim immun sistemi ilk bir həftədə maksimum dərəcədə virusu uzaqlaşdırmağa və onu neytrallaşdırmağa çalışır".
Mütəxəssis vurğulayıb ki, antibakterial preparatların, xüsusilə steroidlərin istifadəsi immun sisteminin cavabını susdurur və beləliklə, biz virusun bədənimizdən çıxmasını gecikdiririk. Bu da daha çox zərər və ölümə gətirib çıxarır: "Mütləq şəkildə xəstəliyin ilk həftəsində xəstəyə sadəcə, maye və vitaminoterapiya ilə müalicə təyin olunmalıdır. Ehtiyac yarandığı halda xəstələrə sırf həkim nəzarəti ilə əlavə müalicələr təyin oluna bilər. Antibiotiklər adından da bəllidir ki, antibakterial preparatlardır. Bu xəstəliyin törədicisi isə virusdur. Antibakterial preparatların virusa heç bir şəkildə, heç bir dozada təsiri yoxdur. Statistik araşdırmalara görə, koronavirus xəstələri arasında ikincili bakterial infeksiyadan ağırlaşma ehtimalı 9 faizdir. Yəni xəstələrin 91 faizinin antibiotikə ehtiyacı yoxdur. Qızdırma antibiotikə başlamaq üçün göstəriş deyil. Viral xəstəliyin gedişatında 10-14 gün arası qızdırma, 21 günə qədər öskürək davam edə bilər. Öskürək və qızdırmanın olması antibiotik və hormonal preparatların qəbuluna başlanılması üçün göstəriş deyil. Bu, xəstələrin vəziyyətini ağırlaşdırmaqdan başqa heç bir işə yaramayacaq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1253   Tarix: 09 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ

"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir. xəbər verir ki, bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qey

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir

Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimiz qara kök əslində şəfa mənbəyidir. Tünd bənövşəyi rəngi ilə diqqət çəkən bu tərəvəz son zamanlar qidalanma ekspertlərinin ən çox tövsiyə etdiyi məhsulla

.

D vitamininin ziyanı üzə çıxdı

"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər". -a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya v

turlar.az

makiyaj etmek qaydalari adlarin menasi yemek reseptleri imtahan həyəcanı hakışta xınayaxdı sözləri şəxsi təcrübə mastopatiya agrilari kosmetika xocali rus dilini oyrenek 2ci ders gulmeli hakista hamilelik porno