İnnovasion şəkərsalıcı texnologiyalar terapevtin sərəncamında

İnnovasion şəkərsalıcı texnologiyalar terapevtin sərəncamındaÜrək-damar xəstəlikləri (ÜDX) 2 tipli şəkər­li diabetli xəstələrin aparıcı ölüm səbəbi­dir. Bu, yeni əsaslı şəkərsalıcı terapiya yanaşmaları­nın işlənilməsi üçün əsas verir. Qlikemik nəzarət­­dən başqa, ürək-damar xəstəlikləri risk faktorlarının, o cümlədən arterial hipertenziyanın, dislipidemi­ya­nın, piylənmənin erkən korreksiyası diabetin gec fəsadları riskinin minimizasiyasında mühüm rol oynayır.
İnkretin təsirli şəkərsalıcı vasitələrin ümidveri­ci sinif nümayəndəsi olan qlükaqonaoxşar peptid-1 reseptorları aqonistləri qlükoza metabolizmini çoxsaylı mexanizmlərlə tənzimləyir. Bu tip prepa­rat­ların təyin edilməsi 2 tipli şəkərli diabetin ən erkən mərhələsindən başlayaraq patogenetik əsaslı müalicə yanaşmasıdır.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, son üç onillikdə dünyada şəkərli diabet xəstələrinin sayı iki dəfədən artıq çoxalıb ki, bu da xəstəliyi demək olar ki, bütün ölkələrdə ən vacib problemlər sırasına qatıb. Beynəlxalq diabet federasiyasının (International Diabetes Federation) son məlumatlarına əsasən, XXI əsrin əvvəlindən 20-79 yaş qrupunda şəkərli diabetin yayılma səviyyəsi 151 mln-dan 463 mln adama qədər artmışdır. Ekspertlərin proqnozuna görə, artıq 2030-cu ilə qədər xəstələrin sayı 578 mln qədər artacaq və onların əksəriyyəti indi olduğu kimi 2 tipli şəkərli diabetli pasiyentlər olacaq.
Ürək-damar xəstəlikləri 2 tipli şəkərli diabet xəstələri arasında ölüm və əlilliyin əsas səbəbidir. Şəkərli diabetlə bağlı letal sonluqların üçdə birindən yarıya qədəri ürək-damar xəstəliklərinin payına düşür. Ürək-damar xəstəlikləri fəsadlarının daşıdığı klinik yükü nəzərə alaraq bu xəstəliklərin yanaşı idarəolunmasına böyük diqqət ayrılır. Yəni 2 tipli şəkərli diabet müalicəsinin məqsədi təkcə qlikemik nəzarət deyil, bununla yanaşı, kardiovaskulyar xəstəliklərlə bağlı xəstələnmə və ölüm hallarının qarşısının alınmasıdır.
Son onillikdə aparılmış metaanalizlər göstərir ki, müasir hipoqlikemik preparatlar antihiperqlikemik təsirlə yanaşı, kardiorenometabolik sistem orqanları funksiyasına da müsbət təsir göstərir. Bu preparatlara 2 tipli natrium-qlükoza kotransportyor inhibitorları (iNQLT-2) və 1 tipli qlükaqonaoxşar peptid aqonistləri (aQPP- 1) aiddir.
İnnovasion müalicə üsulları gündəlik klinik praktikada pasiyentə qarşı terapevtik yanaşmanı fərdiləşdirməyə, ürək-damar hadisələrinin sayını azaltmaq və ya qarşısını almağa, mikro- və makrodamar fəsadların inkişafını ləngitməyə kömək edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1048   Tarix: 01 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qis geyimləri 2026 toy makiyajlari yaz geyimleri 2026 əkizlər bürcü aybasi ucun derman saç kəsimləri şirniyyat kosmetika haxisda rəksanə yemekler veten haqqinda bayatilar əqrəb