İnsan beyni niyə və nədən qocalır? - Neyrocərrah səhvləri açıqladı

İnsan beyni niyə və nədən qocalır? - Neyrocərrah səhvləri açıqladıMəşhur neyrocərrah Arnold Semenoviç ömrünü beyini öyrənməyə həsr edib.
Onlarla beyin əməliyyatı edən cərrah öz gözləri ilə müxtəlif beyinlərin quruluşunu və başın içində nələrin baş verdiyini görüb.
O, beynin qocalması ilə bağlı maraqlı mülahizələr irəli sürüb.
Milli.Az xəbər verir ki, həkim beynin əzələli orqan olduğu üçün daim məşq olunmağa ehtiyac duyduğunu bildirib.
"Beyin də ürək kimi əzələ orqanıdır.
O müntəzəm, hətta bədəndən də çox məşq, yüklənmə, tapşırıqlara ehtiyac duyur.
Çox insanlar fiziki aktivliklə kifayətlənib, beynin özü-özünə yetərli olduğunu düşünür.
Az oxuyurlar, az təhlil edirlər, intelektual tapşırıqlar etmirlər. Yaddaş, düşüncəni məşq etdirmirlər. və ya əksinə beyinə lazımi istirahəti vermirlər.
Yaş ötdükcə insanlarda diqqəti cəmləmək, informasiyanı qəbul edib yadda saxlamaq çətinləşir, elementar sözləri belə fikirləşib deyirik.
İnsan bu halı ilə barışır, hər şeyi qocalığın, yaşın üzərinə yıxır. Amma beyin üçün yaş amili yoxdur. Siz onu 80 yaşında da aktiv və iti saxlaya bilərsiniz. Beynin qocalması, kütləşməsi qeyri-düzgün həyat tərzinin nəticəsidir.
Bizim beynimiz elastikdir və istənilən yaşda bu elastikliyi ömrünüzün sonuna kimi saxlaya bilər. Tibbi sözlə desək beyin neyroplastikdir.
Yaşlaşma ilə əlaqədar beynin dəyişməsi əsrlərlə yürüdülən yanlış fikirdir.
Beynin elastikliyi o zaman itir ki, biz onun qorunması üçün heç nə etmirik.
Beyni gənc saxlamaq üçün müntəzəm olaraq oxumaq, yazmaq, müşahidə etmək, müxtəlif tapşırıqlar etmək, saymaq, riyazi metodlar və s. sınamaq lazımdır.
Beyinə müntəzəm olaraq yeni biliklər, informasiyalar vermək, ona düşünmək üçün material təqdim etmək lazımdır.
Yeni dil öyrənmək onun aktivliyini artırır.
Beyin oksigeni çox sevir. Onu gənc saxlamaq üçün meşədə, çöldə, dağlarda, dəniz kənarında çox olun. Açıq havada, təbiətdə gəzin, idman edin.
Beyin lazımi qədər oksigen aldıqda onun hüceyrələri yenilənir, bərpa olur. Qan dövranı artır, toksinlər yuyulur.
Beyin toxuması kiçik neyronlarla örtülüb. Məhz neyronlar oksigenlə qidalanır. Ofis işində çalışanlar, qapalı yerdə kitab oxuyanlar əgər açıq havada hava almasa, onların da beyni qocalacaq.
Mütləq həftə sonlarını və tətilinizi şəhərdən uzaqda keçirin.
Boş vaxtınız olan kimi gəzin, krosvord edin və komputerlə yox, əllə nələrsə yazın.
Hər gün hansısa əcnəbi dildə yeni sözlər öyrənin.
Hesablamalarda kalkulyator yox, şifahi hesablamadan istifadə edin. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1129   Tarix: 23 oktyabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

makiyaj instagram qadin dunyasi yay kolleksiyasi hakışta xınayaxdı faydalı məlumat yemək pustenin faydalari kosmetika atalar sözləri webnem tovuzlu fitat xərçəng bürcü klitor