İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ

İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZYoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.

Publika.az həmin səbəbləri diqqətinizə çatdırır:

1. Başqalarını günahlandırmaq – kasıblar heç vaxt günahı özlərində görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi, hətta zəmanəni də günahlandırırlar.

2. Vaxtı uzatmaq – yüz ölçüb bir biçmək yaxşı şeydir, amma vaxtın qızıl olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə sual verməlidir ki, mən nə etmişəm, bundan sonra nə edə bilərəm?

3. Aza qane olmaq – kasıb insanlar risk etməyə qorxurlar. Daha doğrusu, risk etməyə qorxan elə kaslb qalır. Əlindəki cüzi miqdardan milyonçu olan keçmiş kasıblar da az deyil. Ümumilikdə isə maaşdan maaşa dolanaraq, aza qane olmağa özlərini öyrədirlər. Əslində isə insan özünü daha yaxşı həyata layiq hesab etsə, silkinib qalxa bilər.

4. Pulsuz oxumaq – kasıblar pulsuz təhsilə, treninqə, kurslara yazılmaq istəyirlər. Amma hamı bilir ki, cibindən pul vermədiyin müəllimə heç kim qulaq asmır. Məsələn, orta məktəblərdə keçilən dərsləri repetitor da keçir. Əlavə nəsə öyrətmir ki? Sadəcə repetitora pul verildiyi üçün, boşa getməsin deyə canına əziyyət verib oxuyurlar. Amma məktəb pulsuz olur. Ona görə də xarici ölkələrdə pullu təhsil və kurslar daha uğurlu sayılır. Həm də belə yerlərdə keyfiyyət göstəricisi də yüksək olur.

5. Özünə yazığı gəlmək – kasıb insan özünə həmişə acıyıb, özünü öz gözündən salıb. Bunu ilk sadalanan səbəblə də bağlamaq olar – "öz zamanımda doğulmamışam, mən başqa ölkənin vətəndaşı olmalıydım, ailəm, arxam olmayıb" və s. Düzdür, öz ölkəsində uğursuzluğa düçar olub, başqa ölkələrdə şöhrət tapanlar da var, amma bunun üçün də gərək cəhd edəsən. Yerindəcə oturub "mən amerikalı olmalıydım" deməklə olmur. Gərək amerikalı olmağa cəhd göstərəsən. Çox vaxt isə xarici qüsurlarını günahlandırırlar: qısa boyun, çirkin üzün, yöndəmsiz bədən quruluşunun ona mane olduğunu deyirlər. Lakin tarix də göstərir ki, zirvəyə qalxmaq, dövlətli olmaq istəyən çirkin vücudundan "seks simvolu" da yarada bilər.

6. Taleyindən gileylənmək – kasıb adamın ən "sevdiyi" məşğuliyyətdir. Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən adamdan nəsə uğur gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı açılmır. Düşünən insan isə taleyin hər zərbəsini bir fürsət bilir. Onu yıxılmaq qorxutmur, əksinə hər yıxılanda daha möhtəşəm dikələ bilir.

7. Başqaları nə deyər – düşüncəsi kasıbın "belini qıran" ən əsas yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan öz ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə ətrafından, cəmiyyətdən çox asılıdır. Üstəlik bu "başqaları" da qətiyyən uğurlu insan deyillər. Elə özü kimi addım atmağa qorxanlardır.

8. Pulu boşa xərcləmək – burda deyə bilərsiniz ki, kasıbın xərcləməyə pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı da xərcləyir. "Onsuz da qəpik-quruşdan nə olacaq ki?", deyərək hər xırda şeyi alıb evi doldurur. Ağlına da gəlmir ki, o xırda pullar illərlə də olsa yığılıb xeyli pul ola bilər. Dama-dama göl olmaq məsələsi…

9. Sevmədiyi işlə məşğul olmaq – maaşı bəhanə edib sevmədiyi işlə məşğul olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və bacardığı işin qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq üçün hər gün ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır. Yalnız həftəsonlarının xəyalı ilə yaşayır, rəhbərliyi söyür, bacardığı işin dalınca isə getməyə cəsarəti çatmır. Bunun üçün onun daim əl altında olan bəhanələri var.

10. Başqasının həyatı ilə yaşamaq – varlı ədəbiyyat oxuyub özünü maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur. Ya da oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş kimi onu müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara baxıb müğənni və aktrisaların taleyi ilə maraqlanır. Kasıb xəyallarla yaşayır, öz kumirlərinin uğurlarından zövq alır, özü isə ömrünün kərpic-kərpic sökülməsinə əhəmiyyət vermir.
reportyor.tv

Maraqlı     Baxılıb: 5522   Tarix: 02 iyun 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

maskalar sade makiyaj sekilleri qis geyimləri 2026 sidik ifrazı sistemi boşanmalar ana ve usaq aybasi ucun derman kosmetika ginekoloq cantalar bayatilar novruz bayramına aid hakışda baldiza aid haxisda