İnsanı tox saxlayan QİDALAR

İnsanı tox saxlayan QİDALARPəhriz saxlayarkən ən vacib şey ölçülü yeməkdir. Çox yemək problemini aradan qaldırmağın ən asan yolu pəhriz zamanı tox saxlayan qidalardan istifadə etməkdir.
Doyma təcrübələrinə daxil olan bu qidalar pəhriz proqramlarının da əvəzsizidir. Bu qidalar az miqdarda yeyilsə belə, adamı tox tutaraq arıqlamağı asanlaşdırır. Yeməyin tərkibindəki lif və zülalın, həcmi və tərkibindəki suyun miqdarı toxluq hissini ən çox müəyyən edən amillərdəndir.
Hansı qidalar aclıq hissinin qarşısını almaqda daha çox təsirlidir?  
Milli.Az lent.az-a istinadən təqdim edir:
Yumurta. Yumurta toxluq hissinə güclü təsir göstərən yüksək proteinli qidadır.
Bütün taxıllar. Qəhvəyi düyü, tam buğda çörəyi və tam buğdalı makaron kimi bütün taxıllar çəki nəzarəti və sağlam arıqlamaq baxımından yaxşıdır. Bu, bütün taxıllarda olan liflə bağlıdır.
Şorba. Maye qidalar mədədən yavaş çıxır. Onlar adama uzun müddətli toxluq hissi verir.
Fındıq. Fındıq, qoz, badam yeməklər arasında keçid etmək üçün əla qəlyanaltı seçimləridir. Bunlar hər üç doyma gücləndiricisinin - protein, lif və sağlam yağların yaxşı mənbəyidir. Faydalarından maksimum yararlanmaq üçün duzsuz, şəkərsiz, qovrulmamış və xam qoz-fındıq seçmək lazımdır.
Az yağlı ətlər. Ət, toyuq, hind toyuğu və balıqda yüksək miqdarda olan və uzun doyma müddəti verən zülallar toxluq hormonlarına təsir edir. Az yağlı qırmızı ət və toyuqlə hinduşkanın sinə əti, o cümlədən balıqda yüksək protein və az yağ var ki, bu da insanda uzun müddətli toxluq hissi yaradır.
Şirin kartof. Antioksidantlarla zəngin olan şirin kartof yüksək su və lif tərkibi ilə eyni enerjiyə malik digər qidalarla müqayisədə uzun müddət tox qalmaya və növbəti yeməkdə daha az yeməyə kömək edir.
Quru lobya. Noxud, lobya, mərcimək və qara gözlü noxud kimi bitki mənşəli protein mənbələri toxluğu təmin etmək üçün güclü pəhriz silahlarıdır. Onlar zəngin lif və protein qaynaqlarıdır. Eyni zamanda, tərkibindəki nişasta sayəsində şəkərin digər karbohidratlarla müqayisədə daha yavaş dövriyyəsinə səbəb olur.
Yaşıl yarpaqlı və kükürdlü tərəvəzlər. İspanaq, aruqula, cəfəri kimi yaşıl yarpaqlı, kələm və brokoli kimi isə kükürdlü tərəvəzlərdə yüksək lif və su var. Həcmi böyük və enerjisi az olan bu tərəvəzlər arıqlamaqda və toxluq hissi verməkdə yaxşı qida maddələrindəndir.
Ananas, alma və portağal. Meyvələrdə yüksək miqdarda su və lif olduğu üçün mədədə eyni kalorili meyvə şirəsi və ya desertlərdən daha çox yer tutur və toxluq hissinə yardım edir. Xüsusilə ananas, alma və portağal yüksək pulpa, su tərkibi və doyma indeksinə malikdir.
Qatıq. Qatıq qarın yağını azaldır. Protein baxımından bol olduğundan insanı uzun müddət tox saxlayır.
Avokado. Avokado qida maddələri ilə zəngin bir məhsuldur. Sağlam yağlı və yaxşı lif mənbəyi olan meyvədir.
Qarabaşaq, quinoa, bulqur. Qarabaşaq, quinoa və bulqurda digər taxıllarla müqayisədə yüksək lif və nisbətən daha çox protein var. Bu tam taxıllar tərkibindəki lif sayəsində bağırsaqlarda iştahı yatıran hormonları aktivləşdirir.
Kəsmik pendir. Kəsmik pendiri nisbətən az yağlı və enerjili, lakin zülalı çox yüksək olan bir pendir növüdür. Böyük kalsium qaynağı olan kəsmik pendiri yüksək protein tərkibi və həcmi sayəsində daha uzun müddət toxluq hissi vermək və çəkini idarə etməkdə rol oynayır.
Yayılmış yulaf. Yulaf əzməsi yüksək lif tərkibinə və su udma qabiliyyətinə görə toxluq verən tam taxıldır. Onun tərkibindəki həllolan liflər suyu mədədə cəmləşdirir və mədənin boşalmasını gecikdirərək uzun müddət tox qalmağa səbəb olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1385   Tarix: 29 yanvar 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?

İnsan sadəcə başqa birinin əsnədiyini görməklə özü də əsnəməyə başlaya bilər. Maraqlıdır ki, bu qəribə təsir bəzi heyvanlarda da müşahidə olunur. xarici mediaya istinadən xəbər verir ki, əsnəmək insan orqanizminin ən adi

.

Qarpız bu şəxslərə olmaz

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər. xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehla

.

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarınd

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Qarpızı çox yeməyin fəsadları

Yay aylarında süfrələrdən əskik olmayan qarpız yüksək su tərkibinə görə isti havalarda ən çox seçilən meyvələrdəndir. Lakin mütəxəssislər qarpızın da ölçülü şəkildə istehlak edilməsinin vacib olduğunu bildirirlər. xəbər veri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

qadin sayti geyim dəbləri geymler 2026 tehsile aid atalar sözləri kətələr mətbəx qaydaları bürclərin uyğunluğu kosmetika uşaq nece olur bedii edebiyyat janrlar ekizler azerbaycanli is adami amerikada gullelendi