İnsanın affekt halı
Affekt insanlarda qəflətən yaranan güclü, qısamüddətli, emosional haldır. Affekt coşqun sürətdə əmələ gəlib kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətli cərəyan edən hisslərdir. İnsanın affekt halı bəzi hallarda onun fəaliyyətinə pozucu təsir göstərir. Çünki belə vəziyyətdə insan şüuru və danışığı üzərində nəzarəti itirir. Affekt vəziyyəti zamanı insanın beynində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanıq sahələrdə ləngimə baş verir. Bu səbəbdən də affekt vəziyyətində insanlar nə dediklərini, nə hərəkət etdiklərini bilmirlər. Affekt zamanı insan orqanizminin bütün normal fəaliyyəti, xüsusilə də təfəkkür və nitqin fəaliyyəti pozulur, ixtiyarı diqqət zəifləyir, əlin, bədənin əsməsi müşayət olunur. Orqanizmin tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir. Bütün bu dəyişiklik affekt vəziyyətinin tam şərtləşdiyi zaman baş verir. Affekt halı söndükdən sonra insanlarda əzginlik, yorğunluq əlamətləri özünü göstərir.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cavid Məmmədov Andrey Malaxovun verilişinin qonağı oldu
Akif İslamzadənin vəziyyəti necədir?
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
"Avroviziya" şərhçilərimiz onlar olacaq
Nəsrinin ikinci gəlinliyi - Fotolar
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Daha bir ölkədə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq