İnsanlar 250 il yaşaya bilər - Sirrin üstü açıldı

İnsanlar 250 il yaşaya bilər - Sirrin üstü açıldı100 yaşa qədər yaşamaq yuxu kimi görünə bilər, lakin genetika və qocalma ilə bağlı çoxlu kitablar yazmış məşhur professorun fikrincə, insanların daha uzun yaşaması mümkündür. Alimlər uzun yaşamağın sirləri ilə bağlı araşdırmalarını davam etdirirlər. 100 yaşa qədər uzun ömür yaşamaq artıq xəyal deyil. Uzun ömrün sirri genetik xüsusiyyətlərinizdən asılı olsa da, həyat tərzi vərdişləriniz ömrünüzdə çox təsirlidir. 
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Pol Qlenn Yaşlanmanın Bioloji Mexanizmləri Mərkəzinin direktoru, genetika və qocalma ilə bağlı bir çox kitabın müəllifi professor David Sinclairin sözlərinə görə, qocalma insanların öhdəsindən gəlməli olduğu başqa bir xəstəlikdir. Ancaq bunu əldə etmək üçün sizə dərmanlar lazım deyil, sadəcə, rahatınızı pozmağa ehtiyac var. 
Məsələ ondan ibarətdir ki, biz yalnız istirahət etmək və qidalanmaq istəyirik. Özümüzü narahat hiss etmək istəmirik və bu, bir çox problemə səbəb olur. Əgər bədənimizə daima nəyinsə problem ola biləcəyini söyləməsək, bədənimiz buna əhəmiyyət vermir. Xəstəlik və ya yaşlanma ilə mübarizə aparmır.  
Sinclairin bədənin qocalması ilə mübarizə aparmağı və nəticədə prosesi geri qaytarmağı öyrətdiyi üsullar yeni deyil. Onlar əvvəllər dəfələrlə eşidilib, lakin bu yol komfort zonadan çıxmağa gətirib çıxarır. İnsanların daha uzun yaşamaq üçün etməli olduğu ilk şey yemək tezliyini azaltmaqdır. Professora görə, az yeyən insanlar daha çox ömür sürür. Harvard professoru kifayət qədər yuxu almaqla yanaşı, ət istehlakını məhdudlaşdırmağı da tövsiyə edir. Ətdə tapılan amin turşuları mTor adlı metabolik yolu aktivləşdirir, bu da bədənimizin müdafiə mexanizmlərini söndürür və böyümə vaxtının gəldiyini bildirir. Sinclair, həmçinin, "aralıq pəhriz" üsulunu tövsiyə edir. Nəticədə, məşq, oruc və soyuq/isti dəyişmə kimi stressə səbəb olan fəaliyyətlər NAD+ səviyyənizi artırır. Bu, gen ifadəsini tənzimləyən və DNT zədəsini bərpa edən bir növ protein olan sirtuinin düzgün işləməsini təmin edir. 
NAD+ olmadan, genetik quruluşunuzdan asılı olmayaraq qocalma daha sürətli baş verir, çünki yaşlılıqda sağlamlığımızın 80 faizi həyat tərzimizdən və necə yaşadığımızdan qaynaqlanır, yalnız 20 faizi genetikdir. 
Sinclair hesab edir ki, əgər qocalma ilə mübarizə üçün təsirli addımlar atılsa, insanların 250 yaşa qədər yaşaya biləcəyi və hələ də 120 yaşında tennis oynaya biləcəyi bir dünya mümkündür. 
Milli.Az

Xəbərlər     Baxılıb: 1153   Tarix: 27 avqust 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

yay geyimləri 2026 toy makiyajlari toy makiyaji sekilleri oğlanlar necə qızları sevirlər makiyaj sirləri hamiləlikdə axıntı makiyaj formalari kosmetika rus dilini oyrenek 2ci ders baldiza aid haxisda layla qardasa aid haxistalar novruz