İnsanları maraqlandıran əsas suala cavab - Ölkədə yayılan virus nədir, necə müalicə alaq?

İnsanları maraqlandıran əsas suala cavab - Ölkədə yayılan virus nədir, necə müalicə alaq?Ölkəmizdə dekabr ayından başlayaraq vətəndaşlar arasında qripəbənzər xəstəliklər müşahidə edilir. Boğaz ağrısı, burun axması, baş ağrıları, öskürək, nisbətən ağır hallarda bədən hərarətinin yüksəlməsi, halsızlıqla müşayiət olunur. Bu xəstəliyin bəzən koronavirus olduğunu deyirlər, bəzən də donuz qripi ilə əlaqələndirirlər.
Bu xəstəlik nə koronavirus, nə də donuz qripidir. Çünki, ölkəmizdə donuz qripinə hələ rastlanmayıb. Koronavirus da deyil. Sözü gedən simptomlarla müraciət edən pasientlərdən götürdüyümüz testlərdə covid-19 neqativ gəlir. Bu virusun hansı virus olduğunu aşağıda qeyd etmişəm.
"Medicina" xəbər verir ki, bu barədə həkim infeksionist Mərdan Əliyev müalicə barədə açıqlama verib.
"Hər il payız qış mövsümündə rast gəlinən kəskin respirator virus infeksiyaları yuxarı tənəffüs yollarını (burun, udlaq, qırtlaq, bronxlar) tutan, onların kəskin iltihabını törədən xəstəliklərdir. Yuxarı tənəffüs yollarının hansı bölümünün prosesə daha çox cəlb olunmasından asılı olaraq xəstəliyin simptomu meydana çıxır.
Əgər virus qırtlağı (nəfəs borusunu) tutursa bu zaman səs tellərinin iltihabı nəticəsində hürücü səs meydana çıxır, bəzən səs batır. Hürücü öskürək də müşahidə edilir. Nəfəs borusunun iltihabına larinqit deyirik.
Kəskin respirator virus infeksiyalarında (qripəbənzər xəstəliklərdə) çox vaxt udlaq da prosesə cəlb olunur. Udlağın iltihabına farinqit deyirik. Bu zaman boğazda qıcıqlanma, quru öskürək, boğaz ağrısı, udma zamanı ağrı müşahidə edilir.
Bronxlar prosesə cəlb olunduqda kəskin bronxit baş verir və bu özünü bəlğəmli öskürəklə göstərir. Xəstəlik sağaldıqdan sonra həftələrlə hətta aylarla qala bilir.
Bu xəstəliklərin törədicisi viruslardır və 200`dən artıq virus tərəfindən törədilir. Amma el arasında bu xəstəliklərin hamısına qrip deyirlər, qrip əslində yalnız qrip virusunun səbəb olduğu xəstəlikdir və daha ağır gedişlidir.
Viruslar xəstə şəxslərdən sağlam şəxslərin tənəffüs yollarına daxil olur, selikli qişa hüceyrələrində artıb çoxalır və xəstəlik törədir. Yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri adətən yoluxduqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir.
İnsanlar ildə neçə dəfə bu xəstəliklərə yoluxurlar?
Yetkin şəxslər adətən ildə 2-3 dəfə, uşaqlar isə 8 dəfəyə qədər xəstələnirlər. Bu uşaqların immun sisteminin hələ tam inkişaf etməməsi ilə əlaqəlidir.
Virusların simptomları bir-birindən fərqlənirmi?
Simptomları oxşardır, boğaz ağrısı, burun axması, burun tutulması, öskürək, halsızlıq, bədən temperaturunun artması, baş ağrıları, oynaq ağrıları rast gəlinir. Bəzi klinik əlamətlərinə görə xəstəliyin hansı virus tərəfindən törədildiyini təxmin etmək olar. Amma dəqiq diaqnoz yalnız müvafiq analizdən sonra qoyulur.
Ölkəmizdə yayılan virusa gəlincə
Hazırda ölkəmizdə yayılan xəstəliyin əlamətlərinə görə qrip, paraqrip, adenovirus ya da respirator sinsitial virus olduğunu ehtimal etmək olar. Amma daha çox Respirator Sinsitial Virus infeksiyasının üzərində durmaq lazımdır. Bu virus həm böyüklərə həm də uşaqlara yoluxur. Kiçik yaşlı uşaqlar və 65 yaşdan yuxarı böyüklər üçün daha ağır gedişlidir. Pnevmoniya, tənəffüs çatışmazlığı ilə ağırlaşa bilir. Xəstəlik çox vaxt bir neçə günlük boğaz ağrısı ilə tədricən başlayır, birdən şiddətlənir. Bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, burun axması, burun tutulması, kəskin bronxit əlamətləri (bəlğəmli öskürək) müşahidə edilir. Öskürək xəstəlik sağaldıqdan sonra da uzun müddət qalır. Bu virus kiçik bronxları tutduğundan tənəffüs zamanı xışıltı səsi eşidilir. 2 yaşına qədər uşaqlarda bu bronxlar daha incə olduğundan onlarda nəfəs almada çətinlik meydana çıxa bilir. Buna görə 2 yaşına qədər uşaqlar bu xəstəliyi daha ağır keçirir.
Müalicəsi necə aparılır?
Yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən bu xəstəliklərin müalicəsi simptomatikdir. Yəni xəstəliyin simptomlarının şiddətini azaltmağa, xəstəliyi daha yüngül keçirməyə, ağırlaşmaların qarşısını almağa yönəlikdir.
Xəstəlik zamanı sağalmaya kömək edən ümumi qaydalara riayət etmək lazımdır.
1. İlk növbədə evdə olmaq və istirahət rejiminə keçmək lazımdır. Bu xəstəliyin digər insanlara yoluxmasının qarşısını alır və enerjinin toplanmasına, xəstəliyin sağalmasına sərf olunmasına kömək edir.
2. Çoxlu maye qəbul etmək lazımdır, yemək yeməyə çox meyl etməyə ehtiyac yoxdur (ailə üzvlərinin təkidinə baxmayaraq :-)). Maye xəstəliyin mübadilə məhsullarını qanda azaltmaqla halsızlığı aradan qaldıracaq və bəlğəmi durulaşdırmaqla bronxların işini asanlaşdıracaq, öskürəyi azaldacaq.
3. Yüngül və orta gedişli formalarda dərman müalicəsinə gərək yoxdur, xəstəlik immun sisteminin hesabına sağalır. Qızdırma 38 C-dən yüksək olarsa qızdırma salıcı dərmanlardan istifadə olunur. Bu dərmanlar qızdırmanı salmaqla və ağrıları götürməklə xəstələrin vəziyyətini yaxşılaşdırır. Burun tutulması və ya çoxlu burun axması varsa burun damcıları və antihistamin dərman preparatları yaxşı kömək edir. Ehtiyac olarsa bəlğəmgətirici dərmanlardan istifadə olunmalıdır. Vitamin d və sink immun sisteminin yaxşı vəziyyətdə saxlanılmasına, orqanizmin viruslarla mübarizəsinə kömək edir. Odur ki, bu maddələri də belə xəstələrə tövsiyə edirik.
Evdə tez sağalmaq üçün hansı təbii vasitələrdən istifadə etmək olar?
Bal, sarımsaq, limon, vitamin c ilə zəngin sitrus meyvələri xəstəliklə mübarizədə köməklik göstərir.
Balın antibakterial və antiviral təsirə malikdir. Yəni həm bakterialara həm də viruslara qarşı təsirlidir. Xəstəlik müddətində və yoluxmamaq üçün hər gün ac qarına baldan istifadə edə bilərsiniz. Ac qarına 1 xörək qaşığı ağızda daha çox tutmaqla istifadə etmək lazımdır. 1 çay qaşığı balı yarım bardaq suya qatıb üzərinə 1 çay qaşığı limon suyu əlavə edib qarqara etməyiniz də boğaz ağrısı üçün faydalıdır.
Sarımsağın virus əleyhinə təsiri araşdırmalarla sübuta yetirilib. Bir çalışmada gündə 1 diş sarımsaq istifadə edən şəxslərin qrip xəstəliyinə daha az yoluxduğu məlum olub. Əgər mədə probleminiz yoxdursa xəstəlik müddətində və yoluxmamaq üçün sarımsaq istifadə edə bilərsiniz.
Vitamin c ilə zəngin sitrus meyvələrindən payız qış mövsümündə gündə bir iki ədəd yemək həm xəstəliyə yoluxmamağa həm də yoluxduqdan sonra yüngül keçirməyə kömək edə bilər.
Bu xəstəliyə yoluxmamaq üçün nə etməliyik? Necə qorunaq?
Ən yaxşı müalicə profilaktikadır. Xəstəlikdən yoluxmamaq üçün hər zaman tədbirimiz görməliyik. Bu xəstəliklər ilk növbədə hava damcı yolu ilə yoluxur. Buna görə epidemiya zamanı tənəffüs yollarını qoruyan gigiyenik vasitələrdən - maskalardan istifadə etmək lazımdır.
İkinci yoluxma yolu isə kontakt yoludur. Buna görə əlləri üzə, buruna, gözə vurmamağa vərdiş etməliyik və əlləri tez-tez yumalıyıq. İnsan çox olan qapalı yerlərə mümkün qədər az getmək lazımdır. Evlərdə, ofislərdə otaqların havası ən azı gündə iki dəfə dəyişilməlidir. Səhər və axşam pəncərələri 10 dəq açıq qoymaq lazımdır. Əgər xəstə hiss ediriksə özümüzü təcrid etməliyik və maska taxmalıyıq ki, digər ailə üzvləri yoluxmasın. İmmun sistemini yaxşı vəziyyətdə saxlamaq üçün zərərli vərdişlərdən (siqaret çəkmək kimi) uzaq olmalıyıq, balanslı qidalanma, yüngül idman etmək, stresdən uzaq olmaq, yaxşı yuxu yatmaq bizi xəstəliklərdən qoruyan immun sistemimizi ən yüksək qorumalı vəziyyətdə saxlayır.
Bu qaydalara riayət etsək virus xəstəliklərini çox yüngül keçirə bilərik ya da ümumiyyətlə yoluxmarıq. Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqəli olur".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1139   Tarix: 13 yanvar 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?

Yayda kondisioneri 24-25C-də işlətmək həm rahatlıq, həm də sağlamlıq baxımından daha uyğundur. Bu temperatur otağı sərin saxlayır, eyni zamanda bədənin kəskin soyumasının qarşısını alır. xəbər verir ki, mütəxəssislər otağ

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

turlar.az

adlarin menasi gözəllik məhsulları qadin dunyasi zaur ve gunay sobada toyuq qizartmasi xiyar tutması usaq sampunlari kosmetika heyati baldiza aid hakisda vətənə aid bayatılar sirin qogal haxista