İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏL

İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏLİnsultun qarşısının alınmasına bu gündən başlamaq olar. Yaşınızdan və ailə tarixçənizdən asılı olmayaraq özünüzü qoruyun və insultdan uzaq olun.
İşemik insult beynimizin qan tədarükü dayandıqda baş verir və nəticədə beyin hüceyrələri ölür. Yaş, irq/etnik mənsubiyyət və ya cins kimi insult üçün bəzi risk faktorları dəyişdirilə bilməz. Lakin dərman və həyat tərzi düzəlişləri ilə dəyişdirilə bilən bir çox risk faktorları var. Risk faktorlarınızı idarə etmək gələcəkdə insult keçirmə şansınızı azalda bilər.
İnsultun qarşısını necə almaq olar?
Bunun üçün önəmli olan 8 şeyə diqqət etmək lazımdır:  
İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏL1. Ürək xəstəliklərini müalicə edin
Ürək-damar problemləri insult ehtimalını xeyli artırır. Bunun bir səbəbi ürək xəstəlikləri və insult üçün risk faktorlarının oxşar olmasıdır. Ürəyinizə faydalı olan bir çox həyat tərzi dəyişiklikləri də insult riskini azaldacaq.
Atrial fibrilyasiya xüsusilə insult riskini artırır. Əgər belə nizamsız ürək döyüntüsü probleminiz varsa, insult keçirmə ehtimalınız beş dəfə çoxdur. Ancaq diaqnoz qoyulanlarda bir neçə müalicə variantı var və kardiloq və ya aritmoloq tərəfindən dəyərləndirilib uygun müalicəni qəbul etmək lazımdır.
2.Qan təyziqini tənzimləyin:
Normal qan təyziqi 120/80 mm.c.süt-dan yuksək olmamalıdır. Qan təyziqinin 130/80 mm.c.süt-dan yuxarı olması  yüksək qan təyziqi hesab olunur. Qan damarlarımızın divarına çox güclü təyziq göstərdikdə, onları zəiflədə və insulta səbəb ola bilər.
Müntəzəm məşq etməklə, siqareti tərgitməklə, sağlam çəki saxlamaqla, stressi idarə etməklə, sağlam qidalanmaqla və duz qəbulunu gündə bir çay qaşığı ilə məhdudlaşdırmaqla qan təyziqini aşağı sala bilərsiz. Əgər bunlar kömək etmirsə həkiminiz qan təyziqi üçün dərman təyin etməyə qərar verə bilər.
3. Xolesterolunuzu yoxlayın
İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏLXolesterol damarların divarına yapışan lövhə əmələ gətirərək qan axını üçün kanalları daraldır.Yüksək LDL("pis xolesterol" kimi də tanınır)  insult üçün risk faktoru olduğu sübut edilmişdir. İnsult xəstələrində LDL-in 70 mq/Dl-dən az olması tövsiyyə edilir.
Alkoqol və duz qəbulunu azaltmaqla, sağlam çəki saxlamaqla, müntəzəm idman etməklə və paxlalılar, taxıllar və bəzi meyvələr kimi həll olunan liflə zəngin qidalar yeyərək xolesterolunuzu azalda bilərsiniz. Təyin edilmiş dərmanlar da xolesterolu idarə etməyə köməklik edə bilər.
4. Şəkərli diabetə nəzarət edin
Zamanla diabetin səbəb olduğu yüksək qan şəkəri qan damarlarının divarına zərər verə bilir, qan axınını məhdudlaşdırır.
Qan şəkərinin monitorinqi və diabetinizi həkiminizin göstərişinə uyğun dərmanlarla müalicə etmək çox vacibdir. Balanslaşdırılmış pəhriz və müntəzəm məşq də diabeti nəzarət altında saxlamağa kömək edə bilər.
İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏL5. Arıqlamaq
Artıq çəki və ya piylənmə yüksək qan təyziqi və yüksək xolesterin və diabetlə əlaqələndirilir. Bunlar da həmçinin insult üçün risk yaradan amillərdir. Həkimlər adətən Bədən Kütlə İndeksini(BMİ)-i  25-dən aşağı saxlamağı tövsiyyə edirlər. 
6. Siqareti buraxın
Siqaret çəkmək qan damarlarına zərər verir, qan damarlarında lövhə(kirəc) yığılmasını artırır, qanın laxtalanma müdətini artırır və qan damarlarının daralmasına  və qalınlaşmasına səbəb olur. Bu səbəbdən siqaret çəkənlərə siqareti tezliklə buraxması tövsiyyə olunur.
İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏL7. Müntəzəm məşq
Fiziki cəhətdən qeyri-aktiv olmaq yüksək xolesterol və qan təyziqinə, həmçinin piylənməyə kömək edir ki, bu da insult riskinizi artıran daha cox sağlamlıq problemlərinə səbəb ola bilər.
Məşq sürətli gəzinti qədər sadə ola bilər. Ümumiyyətlə götürdükdə günə 10 000 addım tövsiyyə olunur.
8. Alkoqol qəbulunu məhdudlaşdıtın
Həddindən artıq içki içmək qan təyziqini yüksəldə bilər.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1366   Tarix: 07 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 gözəllik məhsulları qadin dunyasi badimcan murebbesi cinsi zəiflik hamiləlikdən sonra yuxa tortu kosmetika bayatilar novruza aid hakistalar efsaneler zəhmət opusme