İntihar edən abituriyentin atası narkoman imiş, həbsdədir, anası ondan boşanıb - Təfərrüat
Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi 2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın damına çıxaraq özünü atıb. O, keçirilən 2-ci ixtisas qrupu üzrə imtahan verərək uğurlu nəticə əldə edə bilməyib və bu səbəbdən də intihar edib.
Bununla bağlı BiG.AZ-a açıqlama verən 32 saylı tam orta məktəbin direktoru Esmira İbrahimova qeyd edib ki, Faiq çox yaxşı uşaq olub:
"Dərslərinə qarşı çox diqqətcil idi. Daim müəllim yanında olub. Oxumaq həvəsində olub. Amma ailəsində problemlər var idi. Atası ilə anası ayrılıb. Uşağın intihar etməsində bunun da təsiri olub. Atası norkaman olduğuna görə anası ondan boşanıb. Atasının hazırda həbsdə olduğu deyilir. Amma uşağın tərbiyəsinə, dərsə davamiyyətinə, oxumağına söz ola bilməzdi. Onun intihar etməsi ağlımızdan belə keçməzdi. Faiqin ölümü sinif yoldaşlarını və müəllimlərini çox sarsıtdı.
Ananın dediyinə görə hər dəfə söyləyib ki, mən səni əzab-əziyyətlə böyütmüşəm. Çətinliklə hazırlıqlara göndərmişəm. Buna görə Faiqin intiharında ailə problemlərinin payı da az deyil. Sinif yoldaşlaşları onu çox istəyirdi. Ola bilsin ki, o özünə qapanıb, hansısa fikirlər onu intihara sürükləyib. O, yüksək bal toplayacağını düşünüb. Amma az bal toplamağı ona çox pis təsir göstərib. İntihar edəcəyi günün səhəri anasını qucaqlayıb. Anasının dediyinə görə, Faiq həmin günü anasını qucaqlayıb, öpüb. Amma anası deyir ki, hardan bilərdim ki, Faiq intihar edəcək. Anası özünü maşının altına atırdı. Yaxınları onu güclə saxladı. Qonşularının dediyinə görə Faiqi sıxırmış ki, yaxşı oxusun".
Aysel Yusifqızı
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin