İntihar edən jurnalistin qalmaqalı YAZISI yayıldı: "Bacım bakirə olmasın!"

Martın 16-da intihar xəbəri yayılan Mövlud Mövludun 4 il əvvəl Azadlıq Radiosunun "OxuZalı"nda çap olunan və müzakirələrə səbəb olan yazısı

- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır.

Mövlud Mövlud

BACIM BAKİRƏ OLMASIN!

Bir həftənin söhbətidir, ucuz Bakı çayxanalarının birində, bir neçə yazar dost-qardaşla çay süfrəsi arxasında sıx birləşmişdik. Yayda ailə qurmuş bir şair barədə söhbət düşdü... Pah, qələm əhlimizin ürəyi dolu imiş ki!?

Bəlli oldu ki, şairin ailəsi heç də "sağlam təməllər üzərində pərvəriş" tapmayıbmış. Ayə, nə olub, nə məsələdir? Bəs deməzsənmi, oğlan elə bir qızla ailə qurubmuş ki, Vallah, heç bilmirəm necə deyim, açığı, utanıram da deməyə, yox eyy, deyəcəm, deməsəm yazımızın məğzi açılmaz qalar. Qardaş, sən demə oğlanın sevdiyi, sevib də seçdiyi, ailə həyatı qurduğu qız bakirə deyilmiş. Boooy, öyümüz yıxıldı, namus-qeyrət harda qaldı? Vaveyla şəriət əldən getdi!!!

Bəs bunu yazar dostlarımız hardan bilir? Olmaya bu bakirə olmayan xanım bizim dişini vaxtı-vaxtında yuya bilməyən yazarlardan hansı iləsə, Vallah deməyə də utanıram, bəlkə o məsələ...hə? Allah sən saxla!!!!

Yox əşi, elə deyil. Sadəcə olaraq şairin arvadı iki-üç il öncə Türkiyəli bir rəssamla vətəndaş nigahında yaşayırmış!

Dostlar başladı, nə başladı? Gənc ailə başçısının arxasınca deyilməyən söz qalmadı:

- Biqeyrət!

- Gözüylə görən!

- Namussuz!

Bir siqaret yandırıban arxadaşlara ümumi bir sual ünvanladım:

- Qardaşlar, müharibədə erməniyə əsir düşən qızlarımız barədə nə bilirsiniz?
Şerif. Dar düşüncə

Şair xalqımın şair oğulları ah çəkib siqaret yandırdılar. Bir də cəhd elədim:

- Müharibədə əsir düşən qızlardan, gəlinlərdən bir xəbəriniz varmı?

Elə bil qurbağa gölünə daş atmışdın. Xalqımızın bağrı yaralı şair övladları qəm dəryasına qərq olmuşdular. Sualın şiddətini artırdım:

- Bilirsinizmi ki, ermənilər dərman verib onları dəliyə döndərir, sonra da atın-eşşəyin altına yıxıb porno film çəkir?

Dostlardan ən şairanə olanının nəfəsi tıncıxdı:

- Mövlud, anamızı ağlatma!

Handan-hana bir başqasının səsi çıxdı:

-A, kişi, erməni kimdir? Bizi urus uddu müharibədə urus!!! Hə, dədəmin goru haqqı...

Çayçı oğlana daha bir çaynik çay sifariş edib başladım nə başladım:

- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır. O imperiya ki, bir başında günəş doğulanda, o biri başında gecə düşür. O imperiya ki, hər seçkidə sənin bakirə millətinin səs bakirəliyini dağıdıb qayıdır öz ölkəsinə. Sənsə qalırsan burda bacının, arvadının bakirəliyini qoruya-qoruya. Ona görə də, yer üzündə ən qeyri səmimi millət sənin millətindir ki, qızların adamla öpüşərkən ehtirasın zirvəsinə çatanda, soyunub, yatağa girməliykən, sevdiyi oğlana təslim olmalıykən, tez-tələsik geri çəkilib özünü yığışdırır, təngnəfəs halda, "Bəsdir! bəsdir!" deyib köynəyinin yaxasını düymələyir. Ginekoloqlar "bu ay ikicə qız tiksəm uşağın təhsil haqqını ödəyərdim" deyir. Gənc qızların çoxu bağırsaq xəstəliyindən əziyyət çəkir...

Dostların susduğunu görüb fikrimə emosional tonda nöqtə qoydum:

-Mən razıyam, mənim bacım hələ məktəbliykən, öz bakirəliyini sevdiyi oğlana bağışlasın, Sonra da sevdiyi oğlandan ayrılıb başqa biri ilə eşq yaşasın, ondan da ayrılıb birinə ərə getsin, hələ ürəyi istəsə ondan da boşansın... Şəxsi həyatıdır, özü bilər. Ancaq qoy, o, savadlı bir mütəxəssis olsun. Məsələn, əla bir həkim. Millətin övladlarına vicdanla xidmət etsin. Dərman firmaları ilə şərikli işləyib camaatın uşaqlarını yazıq eləməsin. Hər seçkidə "AZ-TV"yə çıxıb yaltaqlıq eləməsin. Paçasının arasını yox, millətinin gələcəyini qorusun...

Dostlar böyümüş gözlərlə mənə baxırdılar. "Pulum yoxdur, çayın pulunu özünüz verərsiniz"- deyib ayağa qalxdım. Heç kimlə əl sıxmadan çayxanadan çıxdım. Çayxananın qapısını bağlayanda dostlardan birinin arxamca dediyi söz düz boynumun arxasından dəydi:

- Peysər!!!
İntihar edən jurnalistin qalmaqalı YAZISI yayıldı: "Bacım bakirə olmasın!"İntihar edən jurnalistin qalmaqalı YAZISI yayıldı: "Bacım bakirə olmasın!"

Xəbərlər     Baxılıb: 9361   Tarix: 16 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

turlar.az

həkim məsləhəti qadın geyimi gelinlikler ləkələr şirniyyatların hazırlanması buga burcu 2026 qadın dünyası.az kosmetika rus dili 2ci ders novruz hakistasi dostluq sevda şəkərbura