İntihar edən Pənah atasını 11 ildən sonra ilk dəfə komada görübmüş... - Təfərrüat - VİDEO+FOTO

İntihar edən Pənah atasını 11 ildən sonra ilk dəfə komada görübmüş... - Təfərrüat - VİDEO+FOTOMayın 13-ü qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevin atası Mərkəz Quliyevin ötən ay qətlə yetirildiyi məlum olub.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, onu öldürən isə öz qohumu, bacısının əri Məmmədov Eldar Mayor oğlu olub.

Belə ki, M. Quliyev bu evlilikdən öncə də bir dəfə ailə həyatı qurub. Həmin vaxt bir oğlu olub, uşaq isə 12 yaşında xəstəlikdən vəfat edib. İkinci evliliyindən isə Pənah dünyaya gəlib. Pənahın 6 yaşı olanda Mərkəz Quliyev işləmək, pul qazanmaq üçün Rusiyaya gedib və daha geri qayıtmayıb. Bir müddət əvvəl isə Bakıda yeznesi Eldar Məmmədovun adına özü üçün mənzil alıb.

Bütün bunları P.Quliyevin dayısı Nurlan Bayramov təsdiqləyib. O bildirib ki, E.Məmmədov daha sonra Mərkəzdən külli miqdarda borc pul alıb.

M.Quliyev bir müddət əvvəl isə Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Yeznəsi isə ona şərt qoyub: əgər ona olan borcunu tam silərsə, evi geri qaytaracaq. Bir ara mübahisədən sonra Mərkəz onunla razılaşır və aprelin əvvəlində ikisi də sənədlərini götürərək Binəqədi rayon Məhkəməsinə yola düşüblər. Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. N.Bayramovun sözlərinə görə, E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib.

Bu hadisələr baş verərkən isə Pənah hələ də atasını görə bilməmişdi. M.Quliyev Rusiyadan qayıtsa da "Pənahın qarşısına çıxmağa üzüm yoxdur" deyib və onunla görüşə bilməyib. Atası xəstəxanaya yerləşdirildikdən sonra bu barədə Pənaha məlumat verilib və o, 11 ildən sonra atasını ilk dəfə komada görə bilib. Bir neçə gün sonra, aprelin 17-də M.Quliyev komadan ayılmayaraq vəfat edib.

M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Onlar sonuncu məhkəmə prosesində iştirak edə bilmədikləri üçün ev yenə də Eldarın adında qalıb. Bu dəfə məhkəmədən ailəyə bildirilib ki, M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varisdir. Bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Lakin imtahan günü Pənahın intiharı bu işi də yarımçıq qoyub.

17 yaşında həyatına qəsd edən P.Quliyevin son sözü də bu evlərlə bağlı olub: "Evlərin hamısını anama verirəm, ƏGƏR QALSA".

İntihar edən Pənah atasını 11 ildən sonra ilk dəfə komada görübmüş... - Təfərrüat - VİDEO+FOTOQeyd edək ki, mərhum M.Quliyevin Rusiyada da evi olub. Onu qətlə yetirməkdə təqsirləndirilən E.Məmmədov isə həbs edilib. Hazırda bu işlə bağlı istintaq davam etdirilir.

Xəbərlər     Baxılıb: 3403   Tarix: 15 may 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari maskalar azərbaycan haqda gənc qalmağın sirləri saç hörükləri infarkt elametleri kosmetika burcler haqqinda zehmet ve zinet cantalar hakışta atalar sözləri