İntim görüntüləri yayılan azərbaycanlı məşhur hər şeyi etiraf etdi - VİDEO

İntim görüntüləri yayılan azərbaycanlı məşhur hər şeyi etiraf etdi - VİDEOXəbər verdiyimiz kimi, aktrisa Sevinc Əliyevanın baş rolda çəkildiyi "Dalan" filmindəki bəzi səhnələri gündəmi məşğul edib.

Xanim.az publika.az-a istinadən xəbər verir ki, aktrisanın bu filmdəki intim səhnələri diqqət çəkib. Hazırda İctimai TV-də "Dağıntılar altında" serialında çəkilən ulduz bu barədə açıqlama verib. "Dalan" filmi haqqında danışan aktrisanın sözlərinə görə, intim səhnələri ilə yayılan söhbətlər əsassızdır, çünki zənn edilən kadrlar yoxdur:

"Filmin çəkilişləri yaxşı keçdi, əksəriyyəti Novxanıda bir villada baş tutdu. Bəzi günlər çəkilişlər səhərə qədər davam edirdi. Buna baxmayaraq, zövq alırdım. Ümumiyyətlə, rejissor Elvin Rütəmzadə və ssenari müəllifi Səbinə Əhmədova sayəsində komandamız bir-biri ilə çox mehriban olmuşdu.

Psixoloji baxımdan mürəkkəb səhnələr də var idi, canlandırdığım Arzu obrazı mənim xarakterimə tamamilə zidd personajdır. Tərəf müqabilim Ziya Ağa bu məsələdə mənə çox dəstək oldu.

Müəyyən mənada intim adlandırılan səhnələr artıq böyük səs-küy yaradıb. Filmə baxmamış yazılan iradları qəbul etmirəm. Qoy film nümayiş olunsun, ondan sonra kimsə tənqid etsə, bu barədə düşünmək olar. Treylərin bir neçə saniyəlik hissəsindəki bir səhnədən nəticə çıxarıb tənqid etmək düzgün deyil".

Daha sonra ulduz özünə qoyduğu qadağalardan danışıb:

"Sənətə gəldiyim ilk gündən özümə qoyduğum qadağalar var ki, onlara hələ də sadiqəm. Ekran qarşısında bədənimin çılpaq görünməsinə razı olmaram. Bu günə qədər nəinki filmdə, hətta sosial şəbəkələrdə də kupalnikdə olan şəkil paylaşmamışam. Qaldı ki, dodaq-dodağa heç vaxt öpüşmərəm. Bu mövzular məni həmişə narahat edir.

Bir neçə ay əvvəl bir aktrisanın müsahibəsini oxudum, o, etiraf etmişdi ki, əgər yüksək qonorar alarsa, filmdə intim səhnələrə çəkilməyə razı olar, bu, onun üçün problem deyil. Hörmət etdiyim bir aktrisadır, lakin sosial şəbəkədə onun haqqında elə sözlər yazılmışdı ki, oxuduqca dəhşətə gəlirdin. Daha nələr yazmadılar...

Bir müddət sonra eyni sualla mənə müraciət etmişdilər. Bildirdim ki, yaşım, analıq statusum və ailə vəziyyətim belə səhnələrə çəkilməyə imkan vermir. 3 övladım var, o yaşım keçib. Bundan əlavə mənim üçün tabular deyilən məsələlər var, sevgi və xəyanəti göstərə bilərəm, amma digər açıq səhnələri canlandıra bilmərəm. Bu müsahibəmin altında isə tamamilə başqa fikirlər və iradlar yazılmışdı. "Aktrisa deyilsən, oynamalısan", "Niyə aktrisa olmusan, get bozbaşını bişir də" kimi rəylər bildirmişdilər. Biz nə etsək də, insanları 100 faiz razı sala bilmərik. Öpüşürsən, bir cür pis olursan, öpüşmürsən də başqa bir cür pis olursan. Bütün bunlara baxmayaraq, sənətdən küsmürəm, kiməsə görə aktrisa olmamışam ki, nələrəsə görə aktrisalıqdan gedim".

Xəbərlər     Baxılıb: 3127   Tarix: 07 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geymler 2026 kosmetika mehsullari qadın geyimi gözəllik yuxu yozmalar yumurta ile uz maskalari buruq saclara qulluq kosmetika novruz bayramina aid faydalı maskalar fitat qiz evi novruz hakısdası