İntim həyatla ən çox məşğul olan xalqlar

İntim həyatla ən çox məşğul olan xalqlarHəyatımızı intim həyatsız təsəvvür etmək çəkindir.Seks həyatımızın demək olar ki,əvəzolunmaz hissəsinə çevrilib.Bu dəfə ən çox sekslə məşğul olan xalqların siyahısını araşdırdıq.Yəqin ki,seks həyatında aktiv olanlar üçün bu xəbər olduqca maraqlı gələcək.

Tarixi, adət-ənənələri, sitayiş etdiyi din, yaşadığı ölkənin iqlimi, cəmiyyətin inkişaf səviyyəsi xalqların intim aktivliyinə birbaşa təsir göstərən amillərdir.Bu amillərdən asılı olaraq müxtəlif xalqların cinsi aktivliyi müxtəlif cür olur. Bu məsələ ilə bağlı araşdırma aparıb, müxtəlif zamanlarda ayrı-ayrı ölkələrdə keçirilən sorğuların nəticələri ilə tanış olub.Bəribaşdan bildirək ki, keçirilən sorğulara müsəlman ölkələrindən yalnız Türkiyə daxil edilib. Halbuki, qeyd edilən məsələdə Şərqin adı hər zaman ön sıralarda olub.

QİÇS xəstəliyinin tuğyan etdiyi Afrikada isə sekslə məşğul olmaq da təhlükəli hesab olunur. Buna görədir ki, yerli sakinlərin yalnız yarısı həftədə 1 dəfə sekslə məşğul olduğunu etiraf edib. Və adətən bu zaman qoruyucudan istifadə etmək onların yadına düşmür.

Dövlət səviyyəsində mühafizəkarlığı ilə seçilən İran isə son illərdə "seks inqilabı" ilə üzləşib. Ölkədə doğum 1979-cu il İslam inqilabından sonra 3 dəfə aşağı düşüb. Sadə İran vətəndaşları seks zamanı qoruyucu vasitələrdən daha çox istifadə etməyə başlayıblar. Sorğulara əsasən, iranlı kişilərin yarısından çoxu ailə həyatı qurmazdan öncə cinsi əlaqədə olub. Onların 13%-i partnyorunun hamiləlik və abortla üzləşdiyini etiraf edib. Lakin İranın seks həyatı barədə dövlət tərəfindən məhdudiyyətlər yaradıldığı üçün tam təsəvvür yoxdur. Şübhə yoxdur ki, yerli sakinlərin seks həyatı barədə müfəssəl məlumatlar açıqlanarsa, İran dünyada ən çox sekslə məşğul olan xalqlardan sayıla bilər.

Rusiya ilə bağlı daha maraqlı məlumatlar var. Kişilərdən fərqli olaraq qadınlar seksə daha çox meyl edirlər.

Həmin siyahını tam təqdim edirik: Yunansıtan 87%, Braziliya 82%, Rusiya 80%, Çin 78%, Polşa 76%, İtaliya 76%, Malaziya 74%, İspaniya 72%, İsveçrə 72%, Meksika 71%, Cənubi Afrika 71%, Avstriya 70%, Fransa 70%, Hindistan 68%, Almaniya 68%, Tailand 65%, Hollnadiya 63%, Yeni Zelandiya 63%, Sinqapur 62%, Avstraliya 60%, Kanada 59%, Böyük Britaniya 55%, Nigeriya 53%, ABŞ 53%, Yaponiya 34%.

"Durex" şirkətinin araşdırmalarına görə, yunanlar ildə 138 dəfə sekslə məşğul olurlar. Maraqlıdır ki, onların 70%-i qoruyucudan istifadə etmir.

Keçirilən sorğunun nəticələrinə əsasən, hazırda iqtisadi böhranın cərəyan etdiyi Yunanıstan əhalisi – yunanlar dünyada sekslə ən aktiv şəkildə məşğul olan xalq sayılır. Bu ölkədə yetkinlik yaşına çatanların 87%-i müntəzəm şəkildə cinsi əlaqədə olur.

"Durex" şirkəti həftə ərzində ən azı 1 dəfə sekslə məşğul olan xalqların siyahısını müəyyən edib. Bunun üçün müxtəlif ölkələrdəki evli cütlüklər arasında sorğu keçirib. Sorğuya əsasən evli yunanların 87%-i həftədə ən azı 1 dəfə sekslə məşğul olur.

Dünya modasının əsas mərkəzlərindən sayılan İtaliyada isə seks aktının sayına deyil, keyfiyyətinə diqqət yetirirlər. Onlar yunanlardan xeyli az – il ərzində 106 dəfə sekslə məşğu olsalar da, bunu italyanlara məxsus dəbdəbə və zövqlə edirlər. İtalyanlar xüsusən, maşınlarda, parklarda, bağlarada və çimərliklərdə sevişməyi xoşlayırlar.

Almanların nizam-intizama həvəsləri seks məsələlərindən də yan keçməyib. Belə ki, almanlar sevdikləri ilə yalnız yataq otağında intim əlaqədə olurlar. Orta statistik alman ildə 104 dəfə cinsi əlaqədə olur. Burada uşaqların seksual tərbiyəsi 11 yaşından başlayır. Alman yeniyetmələr öz avropalı yaşıdlarından daha tez – 15 yaşında bakirəliklərini itirirlər. Bununla paralel Almaniyada evli cütlüklər biri-birinə daha çox sadiq qalır. Həyat yoldaşına xəyanət edənlərin sayı orta Avropa statistikasından 2-3 dəfə azdır. Almanların yalnız 10%-i öz tərəf müqabilinə xəyanət edir.

Dünyanın ən zövqlü xalqı sayılan fransızlar isə öz avropalı qonşularından daha mühafizəkardırlar. Belə ki, cinsi əlaqə zamanı heç bir əlavə vasitədən və qeyri-ənənəvi yollardan istifadə etmirlər. Buna baxmayaraq ildə azı 120 dəfə sekslə məşğul olurlar. Anonim sorğular yalnız 25% fransızın nikahdankənar münasibətlərdə olduğunu göstərir.

Böyük Britaniya sakinlərinin mühafizəkarlığı barədə stereotip mövcud olsa da, britaniyalılar da sekslə aktiv şəkildə məşuğ olmağı sevirlər. Özü də bunun üçün onlar uyğun olan istənilən yeri, maşını, parkı obyekt seçə bilərlər. Dumanlı Albionda yetkin əhalinin yarısından çoxu bir gecəlik sevgi münasibətində olublar. Yalnız 14% ingilis öz ikinci yarına xəyanət edir.

Yeni Dünya –Amerika seksual aktivliyi ilə "qoca qitə"ni – Avropanı kölgədə qoyur. Seks zamanı müxtəlif pozalarda və müxtəlif əlavə vasitələrdən istifadə edən amerikalılar yataqlarına "üçüncü şəxsi" buraxmağa da razıdırlar. Bundan başqa, onlar daha çox evdən kənarda olan məkanlarda – maşında, parkda, küçədə, tualetdə və hətta ictimai nəqliyyatda öz partnyoru ilə sevişməyə üstünlük verir. Rəyi soruşulan amerikalıların 20%-i seks anını videokameralara çəkdiklərini etiraf ediblər.

Asiyaya nəzərə saldıqda qitə əhalisinin əsasən mühafizəkar olduğu görünür. İslam dinin sitayiş etdiyi Yaxın və Orta Şərq, buddist Cənub-Şərqi Asiya bu baxımdan xüsusilə seçilirlər. Aktiv seks həyatının gizli şəkildə mövcud olduğu bu ölkələrdə seks həyatı ilə bağlı rəsmi məlumatlar mövcud deyil.

Türkiyə sakinləri isə dünyada əsasən şorgözlüyü ilə tanınır. Orta hesabla hər bir türkün 14 seks partnyoru olub. Sosial sorğular zamanı türk respondentlərin yarısından çoxu tərəf müqabilini aldatdığını və kənarda münasibətlərdə olduğunu etiraf edib. Onların yalnız 8%-i sekslə bağlı infeksion xəstəliklərə yoluxduğunu etiraf edib. Bundan başqa, türk kişilərin yarısından çoxu həftədə ən azı 1 dəfə sekslə məşğul olduqlarını bildirib. Türk vətəndaşlarının 53%-də ilk seks təcrübəsi 18 yaşa qədər baş verir. Onların 18%-də isə bu "əlamətdar" hadisə yetkinlik yaşına çatmamış yəni 16 yaşına qədər baş verib.

Hindistanda qızlar yalnız nigaha girdikdən sonra sekslə məşğul olurlar. Sorğuda iştirak edən hind qızların yarısından çoxu nigaha qədər seksual əlaqənin olmamasını düzgün sayıblar. Onlar intim həyatlarında heç bir vasitədən, yaxud pozadan istifadə etmirlər. 65% hindli yalnız evində sekslə məşğul olur. Ümumilikdə, hər bir hindilinin orta hesabla həyatı boyu 3 partnyoru olur. Hindistanda ildə 75 dəfə sekslə məşğul olurlar. Bu göstərici qonşu dövlətlərdən xeyli azdır. Lakin Sinqapur(ildə 73 dəfə) və Yaponiyadan (ildə 45 dəfə) irəlidədir. Ümumiyyətlə, Asiya ölkələrində sekslə məşğul olan zaman eksperimentlər etmək yayılmış hal deyil.

Ailə və Uşaq     Baxılıb: 6243   Tarix: 13 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

geyim şəkilləri həkim məsləhəti hamilelikde qidalanma sizanaqlara qarsi süni mayalanma milli geyimlər dieta kosmetika məsəllər qaynanaya aid ana haqqinda bayati laylalar sirniyatlar