İnyeksiya kosmetologiyasında dünya bestselleri sayılan Novacutan nəhayət Azərbaycanda! - FOTO

İnyeksiya kosmetologiyasında dünya bestselleri sayılan Novacutan nəhayət Azərbaycanda! - FOTOJula Aesthetic & Dermatology şirkəri Fransa ihtehsalı olan Novacutan brendinin Azərbaycanda rəsmi distribyutoru oldu.
Novacutan hialuron turşusu əsasında yaradılmış biorevitalizasiya üçün Novacutan BioPro və Novacutan kontur plastika ücün ağıllı dolğu preparatlarıdır.
Jula Aesthetic & Dermatology ötən şənbə qünü, səhər yeməyi formatında təşkil olunmuş tədbir keçirib. Tədbirdə Novacutan brendinin rəsmi nümayəndələri, ölkənin öndə gedən tanınmış həkim kosmetoloqları, bloggerlər və influenslər, eləcə də, Azərbaycan mediası iştirak etdilər.
Tədbir Bakının gözəl məkənlarından birində Mangal Steak House-da keçirildi. Tədbiri tanınmış teleaparıcı Nərgiz Cəlilova aparıb, Fransa istehsali olan Novacutan brendinin preparatları ilə bağlı əsas məqamlar barədə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra, söz Novacutan markasının brend meneceri Marina Tsvirenkoya verilib. O, brendin yaranma tarixindən danışdı və sevinclə bildirdi ki, artıq bu andan etibarən bütün dünyanı uğurla fəth edən, biorevitalizasiya və kontur plastika üçün innovativ Novacutan preparatları Azərbaycanda da rəsmi şəkildə təmsil olunur.
Sonra Novacutan brendinin sertifikatlı beynəlxalq təlimçiləri Artyom Protsenko və Nino Mokşına tədbirin rəsmi hissəsində dərman və onun imkanları haqqında ətraflı məlumat verdilər. Daha sonra səmimi şəraitdə keçən tədbir, qonaqların bütün maraqlandıran suallarına Artyom Protsenko tərəfindən verilən cavablarla davam etdi.
Qeyd edək ki, Azərbaycanda Novacutan  brendinin sertifikatlı təlimçiləri həkim-kosmetoloq,
"Estet By Dr SA" klinikanin baş həkimi ,"Merc Aesthetic" təlimçisi, "AesthFill" preparatın təlimçisi Sevinc Abdullayeva və "Estet By Dr SA" klinikasının aparici həkimi, "Merc Aesthetic" təlimçisi, "Beauty İndustry" şirkətinin təlimçisi Sevil Quvalova tədbir iştirakçılarına təqdim olundular.  
Novacutan brendi biorevitalizasiya üçün hialuron turşusu əsasında biomodulyator Novacutan BioPro və kontur plastika ücün Novacutan ağilli fillerlar (dolğu üçün) preparatları təqdim edir. Qeyd olunan preparatlar dərini cavanlaşdırır, onun təbii parlaqlığını, möhkəmliyini və elastikliyini bərpa edir, stressdən, ətraf mühitin çirklənməsindən qoruyur və yaşlanma prosesini əhəmiyyətli dərəcədə ləngidir, qırışları düzəldən və üzü modelləşdirən innovativ fransız preparatlarıdır.
Sözügedən kosmetoloji preparatlar, həmçinin, alının, burun-ağız ətrafları, dodaqların, yanaq sümüklərinin, çənə, boyun və əl dərisi qırışlarının aradan götürülməsi üçün, yaşnan əlaqəli olan azalan həcmlərin bərpasi üçün istifadə olunur.
Novacutan preparatlarını əsas üstünlükləri aşağıdakılardır:
dəri altına asan yeridilir və bərabər paylanır,
etibarlı şəkildə sabitlənir,
dərman ödemə səbəb olmur,
tətbiq edildikdən sonra heç bir iz saxlamır.
Novacutan kollagenin və elastinin təbii istehsalını aktiv şəkildə stimullaşdırır,
dərinin hüceyrə səviyyəsində bərpaedici funksiyalarını bərpa edir,
dərini xarici mühitə davamlı edir.
Novacutan BioPro ayda 2-3 dəfə tədbiq olunur. Nəticə isə 9 -12 ay qalır. Həmin kursu bitirdikdən sonra siz aşağıdakı təsiredici effekti əldə edəcəksiniz:
nəmlənmiş dəri, 
qırışsız hamar, möhkəm və elastik dəri,
görünən liftinq effekti. Hətta, dəri tonu parlaq olur və bu səbəbdən prosedur "happy skin" adlanır.
Doğurdan da sizin dəri xoşbəxt olur!
Novacutan haqqında sizə lazım olan bütün məlumatları +994 50 252 10 07 nömrəsi ilə Jula Aesthetic & Dermatology-dən əldə edə bilərsiniz. / news.milli.az

Xəbərlər     Baxılıb: 1119   Tarix: 13 dekabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim seçimi gözəllik məhsulları geyim və ayaqqabılar cantalar 2026 arıqlama pəhriz süd vəziləri qəlyanaltılar kosmetika novruza aid hakistalar məsəllər pomidor intim arıqla