İradə Türkiyədəki terror haqda: "Buralardan getmək istəyirəm"

İradə Türkiyədəki terror haqda: "Buralardan getmək istəyirəm""Hər gün gözümü açıb uşaq ölümü, heyvanlara təcavüz, bombaların partlaması haqda xəbər oxumaqdan yoruldum. Hər şeyi atıb buralardan getmək istəyirəm. Amma bu da çarə deyil".

Bu sözləri Axşam.az-a açıqlamasında Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib. Sənətçi son günlər İstanbulda baş verən terror haqda danışıb.

O bildirib ki, hər gün həyəcan içində yaşayırlar:

"Hamı buranı tərk edib getsə, nə olacaq? Vətənə kim sahib çıxacaq? Çox pis haldı, insan həyatdan küsür. Özümdən çox övladlarımı, dünyaya gələcək uşaqları düşünürəm. Bunların sonu nə olacaq? Terrorun ziyanını adi insanlar, körpələr çəkir. Biz övladlarımız üçün yaşayırıq, onlara gələcək qurmağa çalışırıq. Bu terrorla onlara hansı gələcəyi qoyub gedəcəyik? Bu, insanlıq deyil, Türkiyənin inkişafına mane olmaq istəyirlər. Uşaqlarımın təhlükəsizliyi üçün bəlkə çıxıb gedərəm. Amma sonra düşünürəm ki, asan deyil. Həyat yoldaşım burada özü üçün iş qurub, övladlarımın məktəbi var. Yaşayış tərzimizi necə ataq?".

İ.İbrahimova küçədə çox qalmamağa çalışdıqlarını söyləyib:

"Səhər həyəcanla oyanırıq ki, bu gün də yenə nəsə partlayacaq, ya partladı, neçə şəhid verəcəyik, nə olacaq? Ümid edirəm ki, bu problemlər 2016-cı ildə qalacaq. 2017-ci il hamı üçün problemsiz keçəcək. Dünyanın hər yerində terror var. Allah türkü qorusun. Ümidimiz odur ki, xain insanlar bu işlərdən uzaqlaşarlar. Qorxu, şübhə içində yaşamaq qədər pis bir şey yoxdu. Bakıda nə gözəl yaşayırdıq, heç bir narahatlıq yox idi. Düzdür, cəbhə bölgəsində döyüş davam edir. Amma metroya düşəndə qorxmurduq. Burada isə maşınla gedəndə, liftə minəndə, kimisə görəndə həyəcanla baxırsan ki, terrorçu olar. Alış-veriş mərkəzinə girəndə, həyəcanla tez işini görüb qaçırsan ki, partlayış baş verər. İnşallah, buralardan qaçıb getmək durumunda qalmarıq".

Xəbərlər     Baxılıb: 2233   Tarix: 13 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

qadin sayti sade makiyaj sekilleri yay geyimləri 2026 gəlin paltarları plov reseptləri gənc ana pustenin faydalari kosmetika məsəllər heyati kurtlar vadisi qadin saglamlig suni mayalanma