İşdə çox oturan kişilərin nəzərinə - Əgər subaysınızsa
İşdə uzun müddət oturmaq kişilər üçün bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu zərərlər həm fiziki, həm də reproduktiv sağlamlığa təsir edir.
Milli.Az bildirir ki, uzun müddət oturaq vəziyyətdə qalmaq qan dövranını zəiflədir, xüsusilə çanaq nahiyəsində qan durğunluğu yarada bilər. Bu da prostat vəzinin iltihabına (prostatit) səbəb ola və ya bu problemi ağırlaşdıra bilər. Eyni zamanda, oturaq həyat tərzi sperma keyfiyyətinə də mənfi təsir göstərə bilər. Testislərin temperaturu normaldan yüksək olduqda sperm istehsalı azalır, uzun müddət oturmaq da bu temperaturun yüksəlməsinə səbəb olur.
Bundan başqa, çox oturmaq piylənməyə, ürək-damar xəstəliklərinə, bel və onurğa problemlərinə (xüsusilə bel yırtığı və fəqərə disklərinin zədələnməsi) gətirib çıxara bilər. Həmçinin maddələr mübadiləsinin zəifləməsi nəticəsində testosteron səviyyəsində azalma baş verə bilər ki, bu da kişi sağlamlığında əlavə fəsadlara səbəb ola bilər.
Zərərlərin qarşısını almaq üçün hər 30-60 dəqiqədən bir qısa müddətli fasilə vermək, yerimək, sadə idman hərəkətləri etmək tövsiyə olunur.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi