İşdə münasibətlər

İşdə münasibətlərİşdə nə İşlə məşğul olmaq olar?
"İş işdir, işdə işlə məşğul olmaq lazımdır!" kimi sözləri tez-tez sərt və işgüzar müdirdən eşitmək olar
Ən darıxdırıcı işdə belə, zövq almaq üçün müsbət nələrsə var. İşiniz haqda müsbət arqumentlər gətirəsi olsanız, mütləq bu cəhətləri qeyd edəcəksiz. İş sizi heç kimdən asılı etmir, sizə sosial status verir, ən əsası isə işdə görmək istədiyiniz kifayət qədər yaxşı insanlar var.
Unutmaq olmaz ki, işdə uğur əldə edən, karyera qura bilənlər, işindən zövq alanlardır. Məşhur bir fikri də deyildiyi kimi, "xoşbəxt o insandır ki, evdən işə, işdən evə tələsir". Özünü işdə yaxşı hiss edən insanlar daha gözəl nəticələr əldə edirlər. Buradan müdirlər belə bir nəticə çıxarmalıdırlar ki, işcilərin özünü yaxşı hiss etməsi hər şeydən əvvəl onlara lazımdır.

İşdə məhəbbət macərası
Psixoloqların fikrincə işdəki məhəbbət çox zaman vaxt qıtlığından yaranır. Əksər insanlarda gərgin işdən sonra evdən çıxmaq həvəsi qalmır, ona görə də tanışlıq üçün təkcə iş yoldaşlarını seçməli olurlar. Digər səbəblərdən biri odur ki, eyni işlə məşğul olan insanların maraqları, zövqləri də eyni olur. Amma işdəki məhəbbət macəraları rəhbərliyi qane etmir, çünki bu, işçinin işə marağını azaldır, məhsuldarlığa bilavasitə təsir edir. Bir çox xarici şirkətlər mübahisələrdən qaçmaq üçün müqavilələrində işdə məhəbbət macəralarını qadağan edir. Həddən artıq cəlbedici qadını işə götürmür. Bu çür hallar başqalarının diqqətini yayındırır, həmçinin onun haqqında şaiyələr işin məhsuldarlığına təsir edir.

İşdə şaiyə
Dedi– qodu iş yerində mühitin sağlamlığına ziyandan başqa heç nə gətirmir. Şaiyə həm onu edənə, həm də onun hədəfinə zərər gətirir. İş yerində münasibətlər pozulur, nəticədə şirkətin işinə ziyan dəyir. Özü də belə söz-söhbət çox zaman həqiqətə əsaslanmır. Ondan şaiyələr yaranır.
Bəzi insanlar işdə heç kimlə münasibət saxlamamağı üstün tutur. Amma harada işləməkdən aslı olmayaraq belə münasibət heç kəsə xoş deyil.
Səhiyyə sistemində çalışan Sara adlı bir xanımın isə çox maraqlı fikri var: "Mənimlə ancaq qadınlar işləyir. Sözün düzü, əgər dedi-qodu olmasa, bağrımız çatlayar. 8 saat bir yerdə işləyəndə, müəyyən gərginliklər yarana bilər. Ona görə də necə qeyərlər, qaynar qazanın buxarını buraxırsan - etibar etdiyin şəxsə yola getmədiyin adamdan şikayət edirsən, ürəyin soyuyur, əsəblərin bir qədər sakitləşir. Əsası odur ki, həddi aşmayasan. Yalan yaymayasan."
Xarici şirkətlərin birində xanımların çox söhbət etdiyini görən rəhbərlik iş şəraitini dəyişməli olur. Yeni qurulmuş interyerə görə işcilər arasındakı arakəsmələr onların bir-birini görməyə və ünsiyyət saxlamalarına maneə yaradır. Amma nəticə rəhbərliyi qane etmir. Məlum olur ki, işçilərin yorğun və yuxulu vəziyyəti məhsuldarlığı daha da aşağı salır. Deməli işdə söhbətin ümumi nəticələrdə müsbət rolu ola bilər.

İşdə məhkəmə
Hələ 2002-ci ildə Britaniya parlamenti "mənəvi təqib" haqda qanun qəbul edib. Odur ki, ingilis centlmenləri işdə qadınlarla münasibəti risk hesab edirlər.
Londonun aparıcı firmalarından birinin kadrlar şöbəsinin müdiri Ceyn Menn söyləyir ki, indi əməkdaşlar iş mühitində əks cinslə davranışlarında son dərəcə ehtiyatlıdırlar. Qadınlarla münasibətdə ehtiyatsızlıq məhkəmə və astronomik məbləğdə cərimə ilə nəticələnə bilir. Məsələn 44 yaşlı Kristina Ric kişi kolleqası tərəfindən alçaldılıb təhqir olunduğuna görə 2 milyon funt "qazanıb".
Bu kimi digər böhtanlardan qorunmaq üçün bəzi xarici firmalarda işçi ilə müdir münasibətlərinə xüsusi diqqət yetirilir. Məsələn müdir əks cinsin nümayəndəsini təklikdə qəbul etmir. Bu Britaniya sosioloqlarının araşdırmalarına əsaslanıb. Onların sorğularından məlum olub ki, işdə 10% işçinin müdirlə münasibəti var, 11% isə onunla evlənmək arzusundadır.

İşdə stres
İşdəki xoşagəlməz haların stres vəziyyəti yaratması heç kimə sirr deyil. Odur ki, işdə stres günümüzün ən aktual problemlərindəndir. Bu vaxt insan enerjisiz olur, başqaları ilə ünsiyyət saxlamaq istəmir, tənhalığa qapılır. Motivasiya zəifləyir, keyfiyyət itir, məhsuldarlıq azalır, işə qarşı biganəlik yaranır. Stresin dağıdıcı təsiri ən qabaqcıl və ən yaxşı idarə olunan şirkətlərdə belə qeydə alınır.
25-dən çox işcisi olan hər bir şirkətdə işdəki münasibətləri tənzimləmək və gərginliyi aradan götürmək üçün məsuliyyət daşıyan insanın olması vacibdir.
Qeyd edək ki, İngiltərədə aparılan araşdırmada iş yerlərində stresin kəskin ürək xəstəliklərinə yol açdığı sübut edilib. Ümumiyyətlə, son illərin tədqiqatları göstərir ki, məhz gündəlik, xırda xoşagəlməz hallar stresin yaranmasına səbəb olur. İş yoldaşları ilə qarşılıqlı münasibətlərini, intriqalarını, işdəki xırda uğursuzluqları ürəyinə salan adamlar xroniki stresdən əziyyət çəkirlər.
Psixoloqlaın fikrincə iş yerlərində stresə məruz qalan şəxslər öz həmkarları və ya müdirləri ilə bunun necə qarşısını almaq barədə danışmalıdırlar. Əgər rəhbərlik bilmək istəyirsə işçilər işə necə münasibət bəsləyir, onları öz hissləri haqda danışdırmağı bacarmalı və diqqətlə qulaq asmalıdır.

Müəllif: Psixologiya üzrə fəlsəfə doktoru,İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Ruhəngiz Mehmanqızı

Xəbərlər     Baxılıb: 2839   Tarix: 30 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava insult riskini artırır - Həkimdən açıqlama

Yay aylarında isti hava səbəbindən küçədə özünü pis hiss edən və ya huşunu itirən insanlara tez-tez rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallar hər zaman sadəcə günvurma olmaya, insultun əlaməti də ol

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

.

Dəniz suyunun saçlara vurduğu zərər

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsini

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredic

.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarınd

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

turlar.az

geyim şəkilləri geyim necə seçməli toy makiyaji sekilleri qaraciyər uc baci dolmasi elm haqqinda atalar sozleri laylalar kosmetika ağır itki vetene aid bayatilar vətən haqqında bayatı google maya maskasi