İslamda anal cinsi əlaqə haramdır və daha ətraflı məlumatlar

İslamda anal cinsi əlaqə haramdır və daha ətraflı məlumatlarİslamda anal cinsi əlaqə haramdır və daha ətraflı məlumatlar

Anal seks haramdır? İslam dinində buna necə baxılır? Ər-arvad arasında cinsi əlaqənin bir sərhədi var? Əgər varsa, bu məhdudiyyət nədən ibarətdir? Mən eşitmişəm ki, anal sekslə məşğul olanlar ömür boyu cənabət (cünub) qalacaqlar. Bu düzdür?

Ər-arvadın arasında cinsi əlaqənin sərhədi var. Quranda bildirilib ki, cinsi əlaqənin əsas məqsədlərindən biri nəslin davam etdirilməsidir və bu qadının cinsiyyət orqanından olmaq şərti ilə sərbəst buraxılıb. Bununla əlaqədar ayə aşağıdakı kimidir:

"Səndən qadınların heyz halını soruşurlar. De ki, o bir əziyyətdir. Heyz günlərində onları rahat buraxın. Təmizlənənə qədər onlara yaxınlaşmayın. Tərtəmiz olduqdan sonra onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın. Allah tövbə edənləri sevər. Allah təmiz olanları da sevər".

"Qadınlar sizin üçün bir tarladır. Tarlanıza istədiyiniz kimi gəlin və özünüz üçün ön hazırlıq görün. Allahdan çəkinin və ona qovuşacağınızı bilin. Bunu inananlara xəbər ver (iman edənləri bununla müjdələ)" (Bəqərə, 2/222).

Ayədəki tarla sözü məhsul götürülən yer deməkdir. Tərs yol ilə cinsi əlaqədən heç nə törəməz. Yəni, məhsul götürmək olmaz. Buna görə də ayə tərs cinsi əlaqəni qadağan edir. Bu ayələrə əsasən Allahın əmr etdiyi cinsi əlaqə normal yol ilə baş tutan əlaqədir.

Bu məsələ ilə əlaqədar hədislərə baxdığımız vaxt peyğəmbərimizin də bu cür cinsi əlaqəni qadağan etdiyini müşahidə edirik:

"Arvadı ilə tərs yoldan cinsi əlaqəyə girənlər Allahın rəhmətindən uzaq qalırlar".1

"Qadınlarınızla tərs cinsi əlaqəyə girməyin. Allah doğru olanı deməkdən çəkinməz".2

"Allah bir kişiyə və ya qadına arxadan yaxınlaşan kəsə rəhmət (mərhəmət) nəzəri ilə baxmaz".3

"Bir kişinin arvadı ilə tərs cinsi əlaqə qurması kiçik lutilikdir (homoseksual olmaq, xalq dilində petuxluq)".4

Haram olduğunu bilə-bilə Allahın əmr etdiyi yerdən deyil, qadağan olan yerdən cinsi əlaqə qurmaq bir müsəlmana yaraşmaz. Belə bir davranış yolverilməzdir.

Tərs cinsi əlaqə haram olsa da, "bunun ucbatından ömür boyu cənabət qalmaq" barədə söhbət gedə bilməz. Tövbə etmək və bu əməli bir daha təkrar etməmək lazımdır.

QEYD: Yuxarıdakı ayələrə (Bəqərə surəsinin 222 və 223-cü ayələri) Azərbaycan dilində aşağıdakı kimi məna verilmişdir

1) Əlixan Musayev-in tərcüməsi:

- 222. Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın". Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

- 223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

2) Ziya Bünyadov və Vasim Məmmədəliyev-in tərcüməsi:

- 222. (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!

- 223. (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!

Ailə və Uşaq     Baxılıb: 13924   Tarix: 22 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom