İsrail və Almaniyanın peyvənd strategiyası haqqında BÜTÜN HƏQİQƏTLƏR

İsrail və Almaniyanın peyvənd strategiyası haqqında BÜTÜN HƏQİQƏTLƏRTürkiyəli professor Canan Karatayın peyvəndlə bağlı açıqlamaları ciddi müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, məşhur kardioloq qonaq olduğu verilişdə bəzi ölkələrdə dini baxımdan heç bir peyvəndin vurulmadığını söyləyib. O, iddia edib ki, İsrail bu ölkələrdən biridir.
Sosial şəbəkələrdə geniş müzakirələrə yol açan iddiaların həqiqət olub-olmaması hər kəs üçün maraqlıdır. Lakin Canan Karatayın irəli sürdüyü fikirlərdə yanlışlıq olduğu üzə çıxıb. Məsələ ondadır ki, bütün dünyada olduğu kimi, İsraildə də peyvənd əleyhinə qruplar var. Bunlardan ən əhəmiyyətlisi Ultra-ortodoks yəhudilərdir (Haredilər).
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, İsrail qızılca xəstəliyinə qarşı peyvənd dərəcələri siyahısında Macarıstan, Lüksemburq və Portuqaliyadan sonra 4-cü yerdədir. Peyvənd dərəcəsi də demək olar ki, 100 faizdir.
İsrail Səhiyyə Nazirliyinin rəsmi veb səhifəsində də vaksinlərin yoluxucu xəstəliklərin qarşısının alınmasında və bu xəstəliklərlə əlaqəli ölüm göstəricilərinə nəzarətin çox ciddi olduğu bildirilir. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı İsraildə bir çox xəstəliklərə qarşı peyvəndlərin 90 faizdən çox olduğunu açıqlayıb.
Burada peyvəndlər bir çox ölkələrdə olduğu kimi, dövlət tərəfindən pulsuz tətbiq olunur. Onların adları və tərkibi haqqında məlumatlar da veb saytda mövcuddur. Bu peyvəndlər ailə sağlamlıq mərkəzlərində müxtəlif vaxtlarda tətbiq olunur. İsrail vətəndaşlarına qrip və sətəlcəmə qarşı vaksinlərin vurulduğu bildirilir.
Peyvəndlər silah güclü və ya zəhər effektli ola bilərmi?
İstanbul Aydın Universitetinin müəllimi Ramazan Kurtoğlu və tədqiqatçı-yazıçı İsmail Tokalak da bu yaxınlarda peyvəndlərlə bağlı müsbət fikirlər səsləndirməmişdi. Ekspertlər iddia etmişdi ki, Almaniyada yalnız bir peyvənd hazırlanır və vurulan peyvəndlər silah gücünə malik ola bilər. Bəs bu iddialar həqiqəti əks etdirirmi?
Almaniyada da mütəmadi şəkildə tətbiq olunan peyvənd cədvəli var. Bu təqvim Almaniya Səhiyyə Nazirliyinin rəsmi saytında mövcuddur. Bundan əlavə, ötən ilin noyabrında Almaniyanın Səhiyyə naziri Yens Şpanın qızılca peyvəndinə dair qanun layihəsi parlament tərəfindən təsdiqlənib. 2020-ci ilin martında qüvvəyə minəcək qanuna əsasən, məktəbəqədər və ibtidai sinif şagirdlərinə qızılca peyvəndi vurdurmaq məcburidir. Buna əhəmiyyət verməyən qurumlar cəzalandırılacaq. Qanunu pozan ailələr isə 2500 avroya qədər cərimələnəcək.
Peyvəndin tərkibindəki civəyə gəldikdə timosozal və ya tiomersal, yəni kimyəvi tərkibli natrium etil-civə tiosalisilatın çəkisinin 49,6 faizini civə təşkil edir. 1930-cu illərdən bəri vaksinlərdə az miqdarda qoruyucu maddə kimi istifadə olunur.
Bu mövzuda danışan Hacettepe Universitetinin professoru Atəş Kara dünyadakı bir çox həmkarı kimi bildirib ki, peyvəndlərdə az miqdarda civənin zəhərli olduğunu göstərən məlumat yoxdur. Və etil civənin təxminən bir həftə içərisində bədəndən tamamilə çıxdığını izah edib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2172   Tarix: 12 yanvar 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri qadin dunyasi sperma hicab ortukleri dadlı yemək payiz geyimleri kosmetika turpun nağlı englishdilində qulaq bürcler veten haqqinda bayati oxatan