İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var? - ŞOK FAKTLAR

İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var? - ŞOK FAKTLARƏsl kolbasa və sosiska donuz ətindən hazırlanar... Yəqin bu cümləni böyük əksəriyyətiniz eşitmisiniz. Belə bir fikir əsasən də yaşı 40-dan yuxarı olan, daha doğrusu, ömrünün müəyyən hissəsini müstəqillikdən əvvəlki dönəmdə keçirmiş insanların beynində formalaşıb. Donuz ətinin İslamda haram buyurulduğunu dərk etdiyimiz üçün "Halal" etiketli kolbasa və ya sosiska axtaranda hətta o şəxslərin bu cür tənəsinə də məruz qalırıq: "Əşşi, ağzının dadını bilmirsən". Amma kimdir axı o iradlara məhəl qoyan?! Hər əməlimiz haramdan uzaq olduğu kimi, mədəmizin də halallıqla dolmasına can atırıq... Odur ki, ərzaq mağazalarında satıcılardan halal məhsul - mal və quş ətlərindən hazırlanmış kolbasa, sosiska istəyirik. Təbii ki, istədiyimizi də alıb yeyirik. Amma...
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülərək müvafiq laboratoriyalara təqdim olunması və sınaq nəticəsində 9 məhsuldan götürülən nümunələrin normativ sənədlərin tələblərinə cavab verməməsi barədə məlumat yayıb. O da müəyyən edilib ki, sözügedən ət məhsullarının bəzilərinin üzərində mal ətindən hazırlandığı bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.
Milli.Az sözügedən məsələ ilə əlaqədar qida ekspertlərindən açıqlama alıb.
"İddia olunur ki, uyğunsuzluq aşkar edilən həmin məhsulların hazırlanmasında donuzun sümüklərindən (üyüdülmüş şəkildə), toyuğun dərisindən və digər müxtəlif çıxıntılardan istifadə edilib. Aydındır ki, burada məqsəd məhsulun maya dəyərinin ucuz başa gəlməsidir. Həmçinin qeyd olunan o kolbasa və sosiskalara oksidləşməyə qarşı rəngləndirici (mal əti təəssüratını yaradan qırmızı rəng) və dadlandırıcı kimyəvi maddələr qatılır", - ekspert Ağa Salamov bildirib.
A.Salamov bildirib ki, işbazların bu addımı yalnız insanların sağlamlığına zərər vurmaq kimi deyil, eyni zamanda istehlakçı hüquqlarına hörmətsizlik, alıcıların aldadılması kimi qiymətləndirilməlidir.
Ekspert onu da vurğulayıb ki, evsayağı hazırlanan kolbasa və sosiskaların nisbətən keyfiyyətli olduğunu düşünür: "Çünki istehsal şirkətlərindən fərqli olaraq, ən azından onların hazırlanmasında kimyəvi qatqılardan istifadə olunmur".
Mövzu ətrafında fikirlərini bölüşən mütəxəssis Seymur Qafarov isə qeyd edib ki, dövlətimiz xalqa "halal məhsul" adı altında kələk gələn sahibkarlara qarşı daha ciddi tədbirlər görməlidir. Qida mütəxəssisi bu yöndə öz təkliflərini irəli sürüb:
"Riskli və xüsusi riskli məhsulların reyestri yaradılmalıdır. Mütəmadi olaraq monitorinqlər aparılmalı, həmin monitorinqlərin nəticəsi olaraq, şirkətlərə bir ulduz və ya nişan verilməlidir. Həmin ulduz (nişan) məhsulun etiketində qeyd olunmalıdır. Məsələn, etiketin üzərində iki ulduz olmalıdır. Onlardan biri gigiyenik qaydalara riayəti, ikincisi isə təhlükəsizlik məqsədilə laborator analizlərin nəticəsini əks etdirməlidir". (publika.az)
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1147   Tarix: 17 aprel 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

sade makiyaj sekilleri qadin sayti toy makiyaji sekilleri soz ehtiyati artirmaq pomidorun ziyani goyemin faydasi uşaq psixologiyası kosmetika vətən haqqında atalar sözləri həsən bəy zərdabi gulmeli hakista baldiz arxadan olmag