"İstədim bu karantin günlərində hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim" - Günay
Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.
Open.az xəbər verir ki, "Bu zamandan sonra" adlı mahnının müəllifi Zülfi Bədəlovdur. Bəstənin arajemanı isə Elvin Musayeva aiddir. İfaçı yeni klipinin rejissor işini Dele Orucluya həvalə edib.
Rəngarəng görüntülərin yer aldığı ekran işində Günay İbrahimli izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.
Karantin günlərində insanları pozitivə yükləmək istədiyini bildirən G.İbrahimli yeniliyi haqda bunları deyib: "Mahnıdan bir hissəni "İnstagram" hesabımda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa havalar istiyə doğru gedir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olan hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür