İsti çay xərçəngə səbəb ola bilər
Çin alimləri isti çayın siqaret və spirtli içkilər ilə müntəzəm olaraq istehlak edilməsi nəticəsində, qida borusu xərçəngi təhlükəsini artırdığını bildiriblər.
"Annals of İnternal Medicine" jurnalında dərc olunan məqaləyə görə, çinli alimlər araşdırma vaxtı 30 ilə 79 yaş arasında 456155 nəfərin 10 il ərzində sağlamlıq vəziyyətlərini və qidalanma vərdişlərini təhlil ediblər. Bu şəxslər arasında 1731 nəfərdə qida borusu xərçənginə rast gəlinib.
Mütəmadi olaraq hər gün çay içən və ən azı 15 qram alkoqol qəbul edən şəxslərin yemək borusu xərçənginə yoluxma təhlükəsinin 5 dəfə artdığı məlum olub. Siqaret çəkən şəxslərin eyni xəstəliyə yoluxma riskinin isə 2 dəfə artdığı müəyyən edilib.
Alimlər hərarəti 65-C dərəcədən yuxarı olan içkilərin daxili orqanlara zərər verdiyini və xərçəng riskini artırdığını bildiriblər.
Milli.Az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları
Enerji içkisi sevənlər oxusun
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər
Gözümüzü məhv edə biləcək eynəklər var