İstidən necə qoruna bilərik?

İstidən necə qoruna bilərik?İsti havalarda açıq günəşdə uzun müddət qalmaq tövsiyə edilmir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Vinoqradov adına Klinik Xəstəxananın baş həkimi, professor Olqa Şarapova xəbərdarlıq edib.
Onun sözlərinə görə, baş geyimi haqqında unutmamaq vacibdir, çünki birbaşa günəş şüaları və yüksək temperaturun təsiri altında bir saat yarımdan üç saata qədər başı isti vura bilər. Kepka, beysbol papağı, şlyapa və ya yaylıqlar günvurmasından qorunmağa kömək edəcək.
Həkim istivurmanın ilk əlamətlərinin baş ağrısı və başgicəllənmə olduğunu xatırladıb. Qan damarlarının genişlənməsi ilə əlaqədar olaraq, qan bədəndə durğunlaşmağa başlayır, bunun nəticəsində insanın ürəyi bulana bilər. Günvurmanın daha ciddi əlamətləri təngnəfəslik, gözlərdə qaralma, hallüsinasiyalar və huşun itirilməsidir. Ən ağır hallarda, istivurma ürəyin dayanması ilə nəticələnə bilər.
"İstidən qorunmaq üçün pambıq və ya kətan parçalardan açıq rəngli paltar geyinmək vacibdir. Ən azı iki litr qazsız su içmək, yağlı yeməklər yeməmək və idmanla məşğul olmamaq məsləhətdir. İdeal olaraq, heç olmasa günorta vaxtı evdən çıxmamaq məsləhətdir", - deyə həkim yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1097   Tarix: 08 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

toy makiyaji sekilleri yay geyimləri 2026 qadin sayti biliye aid atalar sozleri aşıq içkilər gözəl saçlar kosmetika vusale elizade arxadan olmag novruza aid hakistalar hakistalar bayatilar