İtburnunun heç yerdə rast gəlinməyən FAYDALARI: virusa, xərçəngə, infarkta son

İtburnunun heç yerdə rast gəlinməyən FAYDALARI: virusa, xərçəngə, infarkta sonDaim qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlərə xoş xəbərimiz var.
Milli.Az lazımi miqdarda nizamlı olaraq istifadə edilməsi təqdirində təbii ağrıkəsici olan itburnunun bir çox yerdə rast gəlinməyən faydalarını təqdim edir.
Həm meyvəsi, həm çayı, həm də yağı mətbəx və gözəllik masanızın vazkeçilməzi olacaq itburnu saçdan dırnağa qədər hər hüceyrənizin qayğısına qalacaq.
Qış aylarında tənəffüs yolları xəstəliklərinin müalicəsində şəfa qaynağı olaraq istifadə olunan itburnu çayı təbiətdə öz-özünə yetişən zəhmətsiz bir bitkidir. Orta əsrlərdə infeksion xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan itburnu tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İtburnu həm də zəngin antioksidant qaynağıdır.
Faydaları:
Qırmızı və bənövşəyi meyvə və tərəvəzlər antioksidant baxımından ən zəngin bitkilər hesab olunur. İtburnu da bu sıraya daxildir. Bu potensialı sayəsində orqanizmdəki xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.
Ürək və damar sisteminin sağlamlığını qoruyur. Damar sərtliyi, yüksək xolesterol və qan təzyiqinin artmasına ənəl olur və miokard infarktının qarşısını alır.
Orqanizmdən toksin, infeksiya və iltihabların atılmasından sonra immun sistemini qüvvətləndirir.
Mədə turşuluğunu balanslaşdırır.
Qadınların xüsusi günlərində ağrıların azalmasına yardımçı olur.
Bağırsaqların işinə yardım edərək qəbzliyin qarşısını alır.
Sızanaq və qara nöqtə ləkələrinin müalicəsində istifadə edilir. Dərinin nəm balansını qoruyur.
Oynaq ağrılarının təbii dərmanıdır.
Yanlış qidalanma və zərərli vərdişlərdən sonra əmələ gələn iltihablanı bədəndən kənarlaşdırır.
İtburnu çayı arıqladırmı?
Həzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.
İtburnu çayının hazırlanması
1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.
İtburnu yağının faydaları:
Dərinin nəm balansını qoruyur, qırışları açır, hüceyrələri yeniləyir, Günəş ləkələrini sağaldır. Saç dərisində meydana gələn bakteriyaları azaldır. Kəpək və saç tökülməsi ilə mübarizə aparır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1431   Tarix: 16 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Kofein bəzi hallarda miqren ağrılarını yüngülləşdirə bilər. Mütəxəssislərin fikrincə, qəhvə və bəzi qazlı içkilərin tərkibində olan kofein müəyyən hallarda miqren tutmalarının şiddətinin azalmasına kömək edir. Nevroloq Kseniy

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

turlar.az

geyim seçimi toy makiyaji sekilleri geyim və ayaqqabılar üz və bədənə qulluq badam efirde soyunan aparici saç kəsimləri 2026 kosmetika qaynana sac modelleri kley lekesi hakışta ariqla