"İtə, pişiyə bu qədər pul töksən, ondan daha məşhur olardı" - Ayan

"İtə, pişiyə bu qədər pul töksən, ondan daha məşhur olardı" - Ayan"Özümü hələ tapa bilməmişəm. Bakıya gələndə hiss edirəm ki, Ayanam, rahat oluram".

Xanim.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Şou məkan" proqramına açıqlamasında deyib.

Sənətçi bildirib ki, hər zaman anasından məsləhət alır, ondan icazəsiz addım atmır:

"Bu o demək deyil ki, mən anamdan qorxuram. Sadəcə belə öyrəşmişəm. O məni çox rahat öyrəşdirib. Ondan soruşuram ki, bunu necə eləsəm, yaxşı olar? 5 manat pul xərcləyəndə belə deyirəm ki, xəbərin olsun. Nə isə səhv addım atıram, heç anama demirəm. Görürəm ki, ziyan tapıram".

Ayan şou-biznesdən gileylənib:

"Kənardan baxanda şou-biznes sadəcə sıfır dərəcəsində görünür. Nə şousu var, nə biznesi. Bilmirsən nə iş görürlər, nə etmək istəyirlər. Mahnı çıxarırlar, ancaq tutmur, effekt vermir. Sadəcə ad var deyə yaşayırlar. Mən burada qalıb o həyatı yaşamaq istəmirdim.

Şou-biznesə baxıb çox gülürəm. Baxırsan ki, heç nə yoxdur. Kim kimə söz atır, kim niyə söz atır, bilinmir. Təhqir edir, arxasında dayana bilmir, üzr istəyir. Sözü deyirsən, adını da çəkirsən, ya bu sözünün arxasında dur, ya da heç nə demə. Elə müğənnilər var ki, hamımız onları tanıyırıq. Milyon da qoysan ondan müğənni olan deyil. İtə, pişiyə bu qədər pul töksən, ondan daha məşhur olardı".

Müğənni sənət aləmində heç kimlə dostluq etmədiyini söyləyib:

"Şou-biznesdə mənim heç vaxt dostum olmayıb. Özümə ən yaxın hiss etdiyim Günay İbrahimlidir. Bu aləmdə dostum olsa belə, zaman keçib görmüşəm ki, zayı çıxıb".

Xəbərlər     Baxılıb: 1607   Tarix: 12 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

gozel gorunmek maskalar aksessuarlar kicik biznes qurmagin yollari masaj edirem ideal toy ayaq sismesi kosmetika kondom vətən haqqında atalar sözləri aslan novruz haqistalari xərçəng bürcü