İtən neftçinin son sözü: "Özüm zəng edəcəyəm..." - FOTO

İtən neftçinin son sözü: "Özüm zəng edəcəyəm..." - FOTOZülfüqarovlar ailəsindən çıxıb Əsədovlar ailəsinə gəlirik.

Evin qarşısına toplaşanların sayı çoxdur. Hamının qulağı telefondadır. Dənizdə itkin düşmüş Samir barədə xəbər gözləyirlər.

Samirin 76 yaşlı atası danışa bilmir. Əlləri əsir, səsi titrəyir. Ata oğul dərdi çəkir...

Samir Əsədovun qardaşı Cəfər Əsədovla danışırıq.

Cəfər bildirir ki, dünən saat 10:00 radələrində faciə barədə xəbər tutduq. İş yoldaşları zəng edib, xəbər verdi ki, Samirgil qəza nəticəsində dənizə düşüb.

Cəfər dedi ki, Samir özünə qapalı oğlan idi. İşdə olanlarla bağlı heç nə danışmırdı. Başına bir iş gəlsə də, bu barədə danışmazdı.

Samir Əsədov ailəli olub. 3 övladı var. Kiçik övladının 4 yaşı var, böyük qızı 6-cı, ortancıl qızı isə 4-cü sinifdə oxuyur.

Rəsmilər hələ də dənizdə itkin düşənlərin ailəsi ilə maraqlanmır.

Rəsmilərin gəlib-gəlməməsi ilə bağlı sualımıza cavab olaraq Cəfər heç kimin gəlmədiyini və maraqlanmadığını bildirdi. Yalnız yerli qəsəbə nümayəndəsi dənizdə itkin düşənlərin ailələrinə baş çəkib.

Samirgilin həyətində olarkən bildirdilər ki, cəsədlər tapıldıqdan sonra SOCAR rəhbərliyi yas xərclərini öz üzərinə götürəcək. Mərhumların həyətlərində mağar qurduracaqlar.

Cəfər dedi ki, indi məlumat gəldi ki, dənizə düşən konteyner tapılıb. Konteynerin içində 5 nəfər adam var. Çalışırlar o konteyneri çıxarsınlar. Bilmirəm, qardaşım o konteynerin içindədir, yoxsa yox.

Cəfər kövrəlir. Susur...

Cəfər deyir ki, dənizdə itkin düşən digər qəsəbə sakini Güloğlan Zülfüqarovla ailəvi dost idilər. İkisi də getdi. Ailələri başsız, uşaqları atasız qaldı. Getdilər...

Cəfər, "Ümid edirəm ki, dövlətimiz bu ailələrə kömək edər. Samirin 3 övladı var. Balaca bir evi var idi. O ev də tam hazır deyil. Yarımtikili idi. Dövlətimiz yəqin ki, kömək əlini bu ailələrə uzadar", deyir.

Cəfər yenə susur. Fikrə gedir, gözləri dolur. Sonra qəmli-qəmli deyir: "Dənizə getməmişdən əvvəl gecə bizə gəldi. Oturduq, çoxlu söhbət etdik. Yemək yedik. Sağollaşdıq. Elə sağollaşdı ki, elə bil əlvida deyirdi. O an adam heç nə başa düşmür. İndi düşünürəm, mənə elə gəlir ki, sanki onun ürəyinə dammışdı".

Cəfər bu sözləri deyərək ağlayır. Gözlərini silə-silə dedi: "Samir mənə dedi, qardaş, sabah işə gedirəm". Sağollaşıb, evinə getdi.

Cəfərin sözlərinə görə, hadisə baş verən gün mərhum neftçi ailəsi ilə danışıb. Həyat yoldaşı zəng edib. Ancaq Samir telefona cavab verməyib. Sonra zəng edib yoldaşına deyib ki, məni niyə axtarmısınız? Mən özüm zəng edəcəm, mənə zəng etməyin.

Bundan sonra Samir dediyi kimi də olacaq, ona heç kim zəng edə bilməyəcək. Heç o da zəng edə bilməyəcək. İstədiyi vaxt yuxulara gələcək.../olke.az/

Xəbərlər     Baxılıb: 1777   Tarix: 16 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

geyim və ayaqqabılar donlar 2026 qis geyimləri 2026 xina hakista qırmızı xalça milli mətbəx gozalti qaralar ucun kosmetika veten haqqinda atalar sozleri hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz pomidor gözellik sağlıq