İtgin düşən neftçilərdən SON XƏBƏR -RƏSMİ
Dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndən AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin "Lənkəran", "Vadim Seyidov" "Gültəkin Əsgərova", "Aura", "Qaradağ-8", "Qaradağ-4", "Ramiz Hacıyev", "Avior", AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan "Vixr-5" və "Vixr-8" gəmiləri dərhal hadisə yerinə səfərbər ediliblər.
Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının "Xudafərin", AXDG-BUE Caspian Alyansının "Caspian Pride" və "Caspian Provider" gəmiləri də cəlb olunublar.
Hadisə ilə əlaqədar "AXDG" QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular