İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib - YENİLƏNİB
İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib.
BiG.AZ report.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin - Namin Nizami oğlu Bünyatzadənin meyiti ailəsinə təhvil verilib. Meyit dəfn olunması üçün Bakıya gətirilir.
***
İtkin düşmüş alpinistlərdən ikisinin meyiti ailəsinə təhvil verilib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin - Babur Vaqif oğlu Hüseynovun meyiti ailəsinə təhvil verilib. Meyit dəfn edilıməsi üçün Bakıya gətirilir.
***
Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib.
"Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.
F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.
Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Demet Bakı konsertini təxirə saldı
İllər sonra gələn etiraf - 'Qələbəmdə onun payı var
Onlar Kazımovanın mahnılarını oxudular
Acqarına qara istiot çeynəməyin faydaları
Tarix Əliyev bu qurumdan şikayətçidir - FOTO
Uzunömürlülük və güclü əzələlərin sirri
Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?
Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər
"Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm
Çuğundur şirəsinin faydaları: Niyə içməliyik?