İtlərin toyundakı musiqiçi qovuldu: "Belə nalayiq hərəkətlərə..."

İtlərin toyundakı musiqiçi qovuldu: "Belə nalayiq hərəkətlərə..."Goranboydakı iş adamı Qalib Mustafayevin itlərinin toyundan iştirak edən balaban ifaçısı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən çıxarılıb.

Axşam.az birliyin katibliyindən "Qafqazinfo"ya daxil olan bəyanatı təqdim edir:

"Son günlərdə Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan xəbərdən məlum olur ki, Qalib Mustafayev adlı goranboylu iş adamı itlərinə toy eləyib. Bu hadisə haqlı olaraq mədəniyyət və incəsənət işçiləri, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib. Azərbaycan Aşıqlar Birliyi də milli-mənəvi dəyərlərimizə zidd olan bu hadisəyə biganə qala bilməzdi. Çünki burada söhbət həm də həmin "toy"da bir "aşığın" iştirak etməsindən gedir. Bu olay Azərbaycan Aşıqlar Birliyin katibliyində müzakirə olunub və müvafiq qərar qəbul edilib. Araşdırmamız nəticəsində məlum oldu ki, həmin "toy"da oxuyan "aşıq" Məmmədov Şəmməd Məmməd oğlu Azərbaycan Aşıqlar Birliyinin üzvü deyil, onun aşıq kimi heç bir fəaliyyətindən xəbərimiz yoxdur, yəni hər əlinə saz götürən hələ aşıq demək deyil. Onu balabanda müşayiət edən Haqverdi Kərəm oğlu Əliyev isə təəssüf ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

Azərbaycan Aşıqlar Birliyinin katibliyi əlinə saz götürüb özünü aşıq adlandıran, əslində isə hərəkətləri ilə xalqımızın bu qədim və ölməz sənətini nüfuzdan salmağa xidmət edən Şəmməd Məmmədovun hərəkətlərini qətiyyətlə pisləyir və gələcəkdə belə nalayiq hərəkətlərə yol verməməyə çağırır. Birliyin üzvü olan Haqverdi Əliyev mənsub olduğu təşkilatın nizamnaməsini kobud surətdə pozduğuna, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Aşıqlar Birliyinin üzvlüyündən xaric edilib.

Azərbaycan Aşıqlar Birliyi bəyan edir ki, bu sayaq hərəkətlər milli-mənəvi dəyərlərimizə, bu sənəti bizlərə miras qoymuş ustad aşıqlarımızın ruhuna sayğısızlıqdır və bu cür davranış və hərəkətlərə yol verən aşıqlara qarşı bundan sonra da sərt ölçü götürüləcək.

Bununla yanaşı, həmin "toy" məclisini təşkil edən iş adamı Qabil Mustafayevin hərəkətini də mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə qarşı hörmətsizlik hesab edir və qınayırıq. Belə hərəkətlərlə gündəmə gəlməkdənsə, bir iş adamı kimi, sənətə qayğı və diqqət göstərməklə daha çox hörmət və nüfuz qazanmaq olardı".

Xəbərlər     Baxılıb: 1547   Tarix: 26 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

turlar.az

yemek reseptleri geymler 2026 donlar 2026 boyun osteoxondrozu nişan və evlilik qadin dunyasi az burcler kisiler kosmetika gozde olar maraqlı sanama əqrəb meseller