İybilmə duyğusu yox olubsa, nə etməli?
"Rossiya-24" kanalının efirində həkim Aleksandr Myasnikov koronavirusun əlamətləri ilə bağlı əsas sualları cavablandırıb.
Milli.Az xəbər verir ki, həkim iybilmə qabiliyyətinin itməsinin səbəblərindən danışıb.
"İybilmə qabiliyyətinin dəyişməsi COVID-19 əlamətlərindən biri ola bilər. Çünki infeksiya fonunda burun dəliyinin və selikli qişanın ödemi inkişaf edir. Bu, qoxunun normal fəaliyyətinin pozulmasına səbəb olur. Orta hesabla virusa yoluxmuş insanların 30-35%-də iybilmə duyğusunun itə biləcəyinə inanılır. Əgər daha pis qoxu hiss etməyə başlamısınızsa və ya bu qabiliyyəti tamamilə itirmisinizsə, temperatur yüksəlib, təngənəfəslik və ya öskürək yaranıbsa, mütləq həkimə müraciət edin. İybilmə qabiliyyətinin yox olması bir çox tənəffüs yoluxucu xəstəliklər və SARS üçün xarakterik əlamətdir", - deyə həkim qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir