Kakao yağının faydaları

Kakao yağının faydalarıKakao yağı Teobroma cinsinə aid olan ağacın meyvələrindən əldə edilir. Bu ağac ilk dəfə Amerikanın tropik bölgələrində bitib və onlara şokolad ağacı da deyilir. İndi isə əksər tropik bölgələrdə bu ağacın yetişdirilməsi ilə məşğul olunur. Tropik klimat yerlərdə bu ağac ildə iki dəfə bar verir. İlk dəfə XVIII əsrdə Karl Linney kakao ağacından kakao yağı almış və onu " qidaların Allahı" adlandırmışdır.  Kakao ağacı 6-12 metr hündürlüyə qədər qalxa bilən və kökü ağ-çəhrayı rəngdə olan ağcdır. Onun çiçəkləri töküldükdən sonra yerində 25-20 santimetr ölçüdə meyvələr əmələ gəlir. Onun meyvələri yemişə bənzəyir və xaricdən sarı-qırmızı rəngli qabıqla örtülü olur. Bu meyvənin lətli hissəsində badam çəyirdəyinə bənəzəyən 30-50 ədəd çəyirdək olur. Bu çəyirdəklərin içərisində isə toxumlar olur ki, bunlar da tünd qoxuya malik olur. Toxumların 50% yağlardan ibarətdir. Ondan alınan yağ şokolad ətri verir, tünd şokolad rəngində olur. Bu yağdan kosmetologiya və parfümeriya sahəsində geniş istifadə edilir.
Necə seçməli?
Bu yağın tərkibində yağ turşuları vardır ki, bundan ağ şokoladın hazırlanması zamanı istifadə edilir. Bəzi hallarda rafinə edilməmiş kakao yağını marqarin yağı ilə əvəz edirlər. Kakao yağı zərərli trans yağları əvəz edə bilir. Onu alan zaman aşağıdakılara diqqət yetirmək lazımdır:
* Təbii kakao yağı marqarin yağından ucuz olmur.
* Əsil kakao yağı sarı və ya açıq qəhvəyi rəngdə olur. Əgər onun rəngi ağ rəngə meyillidirsə deməli əsil kakao yağı deyil, onun əvəzedicisidir.
* Əsil kakao yağı otaq temperaturunda ərimir və ağ şolokada bənzəyir.
* Əsil kakao yağından kakao ətri gəlir.
Kakao yağının tərkibində az miqdarda vitaminlər var. Onun tərkibində D, A və E vitaminləri var. Tərkibində vitaminlərin az olmasına baxmayaraq onlar orqanizmə öz təsirlərini göstərirlər.
Kakao yağının əsas tərkibi stearin, olein, palmit, linolen yağ turşularından ibarətdir. Kakao yağının tərkibinin yarı hissəsini olein yağı tutur. Bu isə qanda xolesterinin miqdarını azalmasına səbəb olur. Kakao yağı orqanizm üçün faydalı qidalardan hesab edilir. Ondan istifadə eləmək orqanizmdə insult və atereskleroz xəstəliyinin əmələgəlmə riskinin aradan qalxmasına səbəb olur. Onun tərkibində  kofein, tanin və ksantin var.
Tərkibində olan yağ turşularına görə kakao yağı hər növ dəriyə regenerasiyaedici təsir bağışlayır. O dəridə olan bütün deffektləri aradan qaldırmaq qabiliyyətinə malikdir. Kakao yağını hətta uşaq dərisinə belə sürtdükdə o allergik reaksiyaların baş verməsinə səbəb olmur. Tərkibində olan maqnium, xlor, dəmir, kalsium və yodun çox olmasına görə o bir çox xəstəliklərin profilaktikasında istifadə edilir. O damar divarlarını möhkəmləndirir, varikoz, atereskleroz və s. xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Kakao yağından davamlı olaraq istifadə eləmək beyin qan dövranının yaxşılaşmasına, allergiya, infarkt, yara və onkoloji xəstəliklərin baş verməsinin qarşısını alır. Alimlər öskürmə zamanı kakao yağının xəstəliyə faydalı olduğunu sübut ediblər. Öskürmə zamanı 1,5 çay qaşığı kakao yağının 1 stəkan isti südə əlavə edib qarışdıraraq gündə 3-4 dəfə içmək lazımdır. Pnevmoniya, vərəm və bronxit xəstəlikləri zamanı kakao yağını balla qarışdırıb içməkdə fayda var. Atereskleroz xəstəliyinin əmələ gəlməməsi üçün hər gün 15 qram kakao yağı yeməkdə fayda var. Xolisisstit zamanı su vannasında əridilmiş 1 xörək qaşığı kakao yağı xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Bu zaman su hamamında ərimiş yağı içdikdən sonra sağ tərəfi üstündə 1-2 saat yatmaq lazımdır. Bunu həftədə 1 dəfə təkrarlamaq xolisitit əlamətlərinin aradan qalxmasına səbəb olur. Uşaqlıq yolunun eroziyası zamanı kakao yağını çaytikanı yağı ilə qarışdıraraq pambıq tamponla uşaqlıq yolunu silmək lazımdır.
Kosmetologiyada tətbiqi
Tərkibindəkilər kakao yağının kosmetologiya sahəsində istifadə edilən ən qiymətli məhsullardan olduğunu bildirir. O dəri qaşınmalarını kəsir, dərini qidalandırır, yumşaldır, elastikliyini aradan qaldırır, dəridəki qırışların aradan qalxmasına səbəb olur. Uzun müddət dəriyə kakao yağı sürtmək dərinin cavanlaşmasına, hüceyrələrin regenerasiyasının artmasına və dərinin möhkəmlənməsinə səbəb olur.
Sağlam və gözəl dəriyə sahib olmaq istəyənlərin dərilərini kakao yağı ilə silmələrində fayda var. Kakao yağını saçlara sürtdükdə saçların sağlam strukturu bərpa edilir, quruluq aradan qalxır və saçqıranlar məhv olur. Bunun üçün yağı su hamamında əritmək və bibər yağı ilə qarışdırmaq lazımdır. Dəriyə qulluq etmək istədikdə ev şəraitində kakao yağından hazırlanmış maskadan istifadə eləmək mümkündür. Bu zaman 1 xörək qaşığı kakao yağına 2 damcı lavanda yağı, 2-3 damcı bibəriyyə yağı əlavə edib dəriyə sürtmək lazımdır. Saçların möhkəmlənməsi və parıldaması üçün ona kakao və rozmarin yağının qarışımını sürtmək və yarım saatdan sonra yumaq lazımdır. Maskanı sürtükdən sonra saçları polietilen torba ilə bükmək və isti dəsmalla bağlamaq lazımdır.
Saçları yumaq üçün istifadə edilən şampuna kakao yağı damızdıraraq da arzu edilən saçlara sahib olmaq mümkündür.
Kakao yağının zərərli xüsusiyyətləri
Kakaoya qarşı allergiyası olanlara onun yağını daxilə və ya xaricə tətbiq etmək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1622   Tarix: 18 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

toy makiyajlari toy makiyaji sekilleri aksessuarlar uşaqlar üçün yuxuyozma gözəllik və makiyaj kabab reseptləri kosmetika ariqlamaq qiz adlari azerb clpaq qadinlari gözellik bayatilar