Karantində evdə işləyənlər: BUNLARA DİQQƏT EDİN

Karantində evdə işləyənlər: BUNLARA DİQQƏT EDİNKarantin rejiminə görə bəziləri işi ofisə getmədən, evdən icra edir. Evdə işləmək isə gündəlik işə gedərkən qurulan rejimi bir qədər pozur. Yuxudan durma və yemək yemək saatlarında dəyişikliklər olur. Evdən işləməyinizə baxmayaraq həm mənəvi , həm də fiziki sağlamlığınızın qeydinə qalmağa diqqət yetirin.
Milli.Az gencaile.az-a istinadən evdə işləyənlərin bilməsi lazım olan vacib qaydaları təqdim edir:
Rejiminizi pozmamağa çalışsanız, həm bu müddətdə sağlam qalar, həm də vəziyyət düzələndə yenidən rahat adaptasiya ola bilərsiniz. Məsələn, hər gün 9-da işdə olmaq üçün 7-də yuxudan oyanırdınızsa, indi də 7, ya da 7:30-da durmağa çalışın. Bu zaman siz səhər yeməyinizi vaxtında yeyib, saat 9-da iş başında ola biləcəksiniz.
İş və ev saatlarını ayırın. Mənəvi olaraq işə başlamaq və işdən uzaqlaşmaq üçün geyiminizi dəyişin. İşə başlamazdan öncə nisbətən işə uyğun geyinib, iş saatı bitəndə də ev geyiminə keçib dincəlin.
İşiniz kompüter arxasındadırsa, deməli, saatlarla oturmağa məcbursunuz. Hər saat başı 10-15 dəqiqə eyvana çıxıb hava almağa, yoqa etməyə, ya da divanda uzanıb bədəninizin dincəlməsinə şərait yaradın. Uzun müddət oturaq vəziyyətdə iş görmək olmaz.
İşinizi stol arxasında görün, divanda, yataqda uzanaraq və ya yarımçıq oturaraq kompüterdə iş görmək sizə daha çox narahatlıq və problem yaradacaq.
Kompüteri bağlayıb televiziya qarşısına keçmək düzgün deyil. Ona görə də iş bitdikdən sonra yemək bişirmək, yaxud ev işlərini görmək daha məsləhətlidir. Mütləq kitab oxumağa və idman etməyə vaxt ayırın. Saatlarla ekran qarşısında olmaq gözlərimiz, zehnimiz üçün heç də yaxşı deyil.
Artıq iş üçün ofisə gedərkən yolda itirəcəyiniz vaxtı evdə dəyərləndirmək kimi bir şansınız var. Bu şansı yaxşı dəyərləndirmək lazımdır. Yeni araşdırmalar edib, maraq dünyanızı inkişaf etdirə bilərsiniz. Dil öyrənmək, izləməzdiyiniz filmləri izləyib, hazırlamaq istədiyiniz yeməkləri bişirmək üçün əla vaxtdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1220   Tarix: 09 iyul 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

adlarin menasi reseptler toy makiyajlari pustenin faydalari qadın sağlamlıq şaftalının xeyri xorionik qonadotropin kosmetika nizami gəncəvi novruz bayrami hakisda janrlar novruza aid hakisdalar burclər