Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADI

Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADIOperativ Qərargah tərəfindən mayın 1-də əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib. Mayın 4-dən isə ölkədə bir sıra əhəmiyyət kəs edən iş yerləri fəaliyyətlərini bərpa edib və işçilər yenidən normal iş həyatına qayıdıb.
İş adamlarının bəzilərinin evdən işləməsi, əksəriyyətinin isə fəaliyyətlərinin uzun müddət dayanması onları yenidən işə başladıqları zaman bir çox çətinliklərlə qarşı-qarşıya qoyur.
Milli.Az bildirir ki, mövzu ilə bağlı publika.az-a açıqlama verən psixoloq Vəfa Əkbərin fikrincə bu, insanların karantin dövründə özlərinə bir sıra məşğuliyyətləri tapması və yenidən işə qayıtdıqları zaman adaptasiya ola bilməməkləri kimi səbəblərdən qaynaqlanır:
"Karantinin uzun müddət davam etməsi insanların gündəlik həyat tərzinə çevrilib. Beləliklə, onlar evdə qaldığı müddət ərzində ev şəraitinə adaptasiya olunurlar. Evdə uşaqlar özlərinə müəyyən əyləncə növü tapır və böyüklər, yaşlı insanlar da günlərini maraqlı etmək üçün hər hansısa bir məşğuliyyət növü ilə günlərini başa vururlar. Müəyyən dərəcədə dərsləri həmişə çox olan və onlarla məşğul olan, eyni zamanda daimi ünsiyyətdə olan yeniyetmələr və gənclər var ki, onlar karantin günlərində mobil telefon, kompüter və televizor qarşısında artıq özləri üçün oyunlar və əyləncə növləri tapıblar. Beləliklə, həmin şəxslərin işə, məktəbə və cəmiyyətə yenidən dezadaptasiya prosesi başlayacaq. Bununla da təbii olaraq insanların real mühitə uyğunlaşması çətin formada gedəcək. Çünki izolyasiya olunanda da eyni çətinliklər var idi".
Psixoloq hesab edir ki, həmin şəxslər iş fəaliyyətlərinə yenidən başladıqları zaman ruhdan düşmə, əzginlik, yuxusuzluq və ya tez acma kimi hisslərlə qarşılaşmamaları üçün artıq indidən özlərini iş mühitinə adaptasiya etməlidirlər.
Vəfa Əkbər tövsiyə edir ki, digər insanların da bu kimi hallarla qarşılaşmaması üçün onlar özlərini əvvəlki qrafikə uyğunlaşdırmağa çalışsınlar və dostları ilə virtual olsa belə vaxt keçirsinlər:
"Həmin insanlara elə bu gündən başlayaraq zaman-zaman özlərini adaptasiya etməyə başlamağı tövsiyə edirəm. Əvvəlki qrafikə alışmağa, uyğunlaşmağa çalışsınlar. Səhər erkən durmağa axşam isə tez yatmağa çalışsınlar. Əgər məktəblilər gün ərzindəki 6 saat dərsə gedib gəlirdilərsə onun gəlib evdə 3 saatını hazırlaşırdılarsa, onlayn dərslərdən sonra kitab-dəftəri örtüb daha çox özlərinə vaxt sərf etsinlər. İş adamları isə iş qrafiki onlardan nə qədər zaman alırdısa ən azından o qrafikə özlərini alışdırsınlar. Çalısınlar ki, maksimum dərəcədə hazırda ev əyləncələri, evdə maraqlandığı işlər və yenidən əldə etdikləri davranışları gözdən keçirsinlər. Əvvəl necə ki, sosial çevrə və sosial ünsiyyətləri var idi, artıq buna yenidən adaptasiya olunsunlar. Dostları ilə canlı görüşməsələr belə bunu onlayn etsinlər. Virtual şəkildə dostları ilə əlaqə qurub danışaraq nələrisə müzakirə etsinlər".
Psixoloq əlavə edib ki, bütün bu proseslər onlar üçün bir müddət çətinlik yaratsa da sonradan mühitə uyğunlaşacaqlar: "Düşünürəm ki, anidən karantin müddəti bitməyəcək. Zaman-zaman buna vaxt veriləcək və tədricən olacaq. O zamandan səmərəli istifadə etməyi bacaranlar sonradan artıq işdə böyük psixoloji problemlərlə üzləşməyəcəklər". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1122   Tarix: 13 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid