Kasıb olmaq istəmirsinizsə, "BUNLARI" etməyin!

Kasıb olmaq istəmirsinizsə, "BUNLARI" etməyin!Əksər insanlar düşünür ki, pul yalnız böyük zəhmət hesabına əldə olunur. Bu fikir pul haqqında mövcud olan yanlış inanclardan biridir. Əgər siz artıq bu fikrə inanmısınızsa, o zaman bütün ömrü boyu cüzi maaş müqabilində ağır işlərlə məşğul olmağa razı olacaqsınız. Bununla da siz daha çox pul qazanmaq imkanının qarşısını alacaqsınız. Əslində çox pul qazanmaq olduqca asandır. Bunun üçün bu fikrə inanmaq və onu reallaşdırmağa çalışmaq kifayətdir.

"Pul həyatda hər şey demək deyil" fikri növbəti yanlış fikirlərdəndir. Bu fikir nəinki pulların, hətta onların gətirdiyi xoşbəxtliyin belə sizin həyatınıza daxil olmasına maneçilik törədəcək. Pul - sizdə olan dəyərin xüsusi bir meyarıdır. Əgər sizin pulunuz yoxdursa, deməli, sizin heç bir dəyəriniz yoxdur. Unutmayın ki, pul həqiqətən də dəyərlidir. Onun vasitəsilə siz həm yaşadığınız həyatdan məmnun ola, həm də sevdiklərinizə və yaxınlarınıza xoşbəxtlik bəxş edə bilərsiniz.

İnsanların beynində pul haqqında formalaşan yanlış fikirlərdən biri də pulun insanı pis mənada dəyişdiyi fikridir. Əgər siz də belə düşünən insanlar sırasındasınızsa, o zaman əmin olun ki, yanlış fikirdəsiniz. Dünyadakı bütün milyonçu və milyarderlər ağıllı, eləcə də müstəqil insanlardır. Bu insanlarda pislik etmək niyyəti həyatda uğur qazanmayan digər insanlarla müqayisədə güclü deyil.

Daha bir yanlış fikir: İnsan öz halal zəhməti ilə pul qazana bilməz. Əksinə, insan məhz bu yolla böyük sərvət sahibinə çevrilə bilər. Faydalı və lazımlı işlər hər zaman öz yaradıcılarına böyük gəlirlər qazandırır.

İnsanların inandığı səhv fikirlərdən biri də budur: Ətrafda bu qədər kasıb insan var ikən zəngin olmaq utancvericidir. Əksinə, varlı həyat yaşamaq hər bir insana xoş gələr! Zəngin olduqda siz səyahət edə, həyatın dadını çıxara və yaxınlarınızın qeydinə qala bilərsiniz. Ətrafda olan insanların kasıb olması həmin insanların özlərindən başqa heç kimin günahı deyil. Unutmayın ki, insan taleyini özü yazır.

"Əgər pul varsa, onları xərcləməyib "qara gün" üçün saxlamaq lazımdır". Şübhəsiz ki, bu, səhv fikirdir. Pul varsa, bu cür davranmağa nə lüzum var? Pulları qoruyub saxlamaq deyil, həmin pullarla biznes qurmaq və nəticədə daha çox gəlir əldə emək lazımdır. Bu addımı atsanız bir də heç vaxt həyatınızda "qara gün" yaşanmayacaq.

Siyahını ən geniş yayılmış yanlış fikirlə tamamlayırıq. Həmin yanlış fikirdə deyilir: "Kasıb doğulmusansa, kasıb da öləcəksən. Taleyə qarşı çıxmaq və qismətdən artıq yemək olmaz". Əslində, bu fikirdə olan insan öz həyatına görə məsuliyyət daşımaqdan çəkinir. Bu tipli insanlar məqsədləri istiqamətində addım atmaq və ya hər hansı bir işlə məşğul olmaq istəmirlər. Təcrübə göstərir ki, dünya miqyasında tanınmış milyarderlərin əksəriyyəti məhz kasıb ailələrdə dünyaya gəlmiş insanlardır.
qadin.az

Maraqlı     Baxılıb: 11377   Tarix: 22 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

turlar.az

yemek reseptleri yay kolleksiyasi makiyaj instagram janrlar sizanaqlara qarsi vasite aylıq bürclər gözəllik kosmetika vətənə aid atalar sözləri qoğalın nağlı qadin saglamlig zencefil zehmet ve zinet